Accessibility links

Tereza Mey Yaponiyada səfərdədir


Britaniyanın baş naziri Tereza Mey Yaponiyaya üç günlük rəsmi səfərə başlayaraq, Şimali Koreya tərəfindən raketin buraxılmasından sonra Tokio ilə həmrəylik nümayiş etdirir.

Meyin Osaka şəhərinə səfəri Yaponiyanın baş naziri Şinzo Abenin Şimali Koreya təhlükəsini diqqət mərkəzində saxladığı vaxta təsadüf edir.

Mey Şimali Koreyanın raket sınağını dayandırması üçün Çini daha çox təzyiq göstərməyə çağırıb. Baş nazir onu da əlavə edib ki, Pekin Şimali Koreya təxribatının qarşısının alınmasında əsas rol oynayır.

Mey həmçinin bu səfərlə Yaponiyanın biznes icmasında Brekzitlə bağlı yaranan narahatlıqların aradan qaldırılmasına ümid edir.

Böyük Britaniyanın 2019-cu ilin mart ayında Avropa Birliyindən ayrılması nəzərdə tutulur.

Dünyaya Baxış

Dünyaya Baxış. "Meydan TV"nin jurnalisti həbsdə qaldı
please wait

No media source currently available

0:00 0:10:58 0:00
XS
SM
MD
LG