Accessibility links

Tesla Çində zavod açır


ABŞ elektrik avtomobil istehsalçısı Tesla Şanxayda tam xarici sərmayəli zavod açılacağını bildirib. Bəyanatda iki nəhəng iqtisadiyyat arasında tarif müharibəsi vaxtına təsadüf edir. Bu isə Teslanın qiymətlərinə təsir edib.

Elon Mask Şanxayda danışıqlarda
Elon Mask Şanxayda danışıqlarda

Elon Maskın avtomobil şirkəti zavodun işə başlamasından iki il sonra elektrik nəqliyyat vasitələrini sürətlə inkişaf edən Çin bazarına ildə təxminən 500 min avtomobil çıxarmağa ümid edir. Ötən il Çində 28 milyondan çox avtomobil satılıb. Çin qarşısına 2030-cu ilə qədər bütün ölkəni elektrikli ölkəyə çevirmək məqsədi qoyub.

2025-ci ilədək 35 milyondan çox avtomobilin satışa çıxarılacağı gözlənilir.Çinin Şenzen şəhərindən Şərq-Qərb İnstitutu Asiya araşdırmaları professoru Erik Harvit Amerikanın Səsinə bu hərəkətin zamanında atılan addım olduğunu bildirib.

Erik Harvitin sözlərinə görə, ətraf mühitin çirklənməsi Çinin elektrik nəqliyyat vasitələrinə keçməsinə səbəb olub. O, ümid edir ki, Çin tezliklə texnoloji inkişaf etmiş elektrik vasitələrini dünyaya ixrac edəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG