Accessibility links

Texasda kilsədə atışmada 20 nəfər həyatını itirib


Yerli rəsmilər Texasın cənubunda kilsədə atışma zamanı 20-dən çox insanın həyatını itirdiyini bildirib.

Texasın Sutherland Springs şəhərinin baptist kilsəsində saat 11:30-da baş vermiş atışma zamanı 20-dən çox insanın yaralandığı bildirilir. Polis ərazini mühasirəyə alıb.

Yerli medianın verdiyi məlumata görə, atəş açan şəxs polis tərəfindən öldürülüb.

Prezident Tramp Asiyanın beş ölkəsinə səfərinin ilk dayanacağı olan Yaponiyadan Twitter səhifəsindəki mesajında vəziyyəti izlədiyini bildirib.

“Tanrı Texasın Sutherland Springs şəhərinin insanlarını qorusun. FBI və hüquq-mühafizə orqanları hadisə yerindədir. Mən vəziyyəti Yaponiyadan izləyirəm”, Tramp Twitter-də yazıb.

Sutherland Springs San Antonio şəhərindən 48 kilometr cənub-şərqdə yerləşir.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG