Accessibility links

Texasda Sərhəd Xidməti agentlərinin insan qaçaqmalçılığı şübhəsi ilə təqib etdiyi avtomobil qəzaya uğrayıb


Texas ştatının cənubunda ondan çox insanı sərhəddən keçirməyə çalışan sport tipli avtomobilin Sərhəd Patrul Xidməti əməkdaşlarından qaçmağa cəhd edərkən qəzaya uğraması nəticəsində təxminən beş nəfər ölüb, bir neçə insan isə yaralanıb.

Rəsmilərin bildirdiyinə görə, Texasın 85-ci şossesi ilə saatda 100 kilometrdən artıq sürətlə hərəkət edən sport tipli avtomobilin sürücüsü nəzarəti itirib və qəza nəticəsində avtomobildə olan 14 nəfərin çoxu maşından bayıra atılıb.

Dörd nəfərin hadisə yerində, bir nəfərin isə xəstəxanada keçindiyi bildirilir.

Sərhəd Patrul Xidməti bazar günü bəyanatla çıxış edərək həmin gün qəzaya uğrayan avtomobilin yanında bir qədər əvvəl daha iki avtomobilin olduğunu bildirib.

Detalları açıqlanmayan bəyanatda deyilir ki, Sərhəd Patrul Xidməti onların insan qaçaqmalçılığı həyata keçirdiyindən şübhələnib.

Bu hadisə cənub sərhədində mühacirlərlə rəftara dair gərginliklərin artdığı bir vaxt baş verir.

Tramp administrasiyası ölkəyə qanunsuz yolla gələn mühacirlərin qarşısını almaq üçün uşaqları valideyinlərindən ayırmaq da daxil olmaqla, daha sərt mühacirət qanunlarının tətbiq edilməsinin vacib olduğunu düşünür.

XS
SM
MD
LG