Kountri mahnıları ilə məşhurlaşan Teylor Sviftin 22 yaşlı çikaqolu pərəstişkarı gözəl müğənni ilə görüşmək ümüdi ilə onun Rod Aylen sahil evinə doğru üzmək istəyib.
Amma Teylorun bu dəvətsiz qonağa münasibətinin necə olacağı məlum deyil. Müğənninin bu yaxınlarda aldığı 17 milyon dollarlıq imarətində mükəmməl təhlükəsizlik sistemi quraşdırılıb. TMZ-yə isitinadən Teylor Sviftin adamları həmin şəxsi çimərliyə doğru üzdüyünü görüb. Lakin polis ona mane olub. O, müğənni ilə görüşmək istədiyini etiraf etdikdən sonra başqasının şəxsi mülkiyyətinə daxil olmaq ittihamı ilə həbs edilib. 17 milyon dollar dəyəri olan evlər ümumiyyətlə ciddi mühafizə olunur. Teylorun pərəstişkarına qarşı ittiham və ya yaxınlaşma məhdudiyyəti irəli sürüb-sürməyəcəyi bilinmir. Kim bilir, bəlkə də Teylor onu hovuz qonaqlığına dəvət etdi.