Accessibility links

Tailandda keçmiş polis məmuru 22-si uşaq olmaqla, azı 37 nəfəri qətlə yetirib


Tailand polisinin bildirdiyinə görə, keçmiş polis məmuru cümə axşamı ölkənin şimal-şərqindəki Nonbua Lamphu vilayətinin uşaq bağçasına hücum edərək, 22-si uşaq olmaqla, azı 37 nəfəri qətlə yetirib. Bu, ölkə tarixindəki ən ağır, dünyada isə uşaqların iştirakı ilə ən dəhşətli hücumlardan biri olub.

Rəsmilər hücumçunun özünü öldürməzdən əvvəl evə qayıdaraq, arvadını və uşağını da öldürdüyü bildirib.

Polis tapança, tüfəng və bıçaqla silahlanmış hücumçunun narkotik istifadəsi səbəbiylə keçən il polisdən qovulan, 34 yaşlı Panya Xamrab olduğunu açıqlayıb.

Şahidlərin dediyinə görə, hücumçu günortadan bir az sonra Na Klan kəndindəki uşaq bağçasına yaxınlaşıb. Polis sözçüsü uşaq baxçasının əməkdaşlarının onun silahlı olduğunu görəndə qapını bağladıqlarını, lakin o, qapını təpiklə və ya atəş edərək, açıb içəri girdiyini deyib.

Şahidlərdən biri deyib ki, çoxu başqa otaqda yatan uşaqlara hücum etməzdən əvvəl o, azı dörd işçini güllələyib. Polis onun uşaqların əksəriyyətinə hücumları bıçaqdan istifadə edərək, həyata keçirdiyini deyib.

Tailand polis rəisi Damronqsak Kittiprapas mətbuat konfransında jurnalistlərə bildirib ki, hücumçu uşaq bağçasından çıxıb evə gedərkən rastlaşdığı hər kəsi ya güllələyib, ya da bıçaqlayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Tofiq Yaqublu məhkəmədə etiraz edib: "Diktator Əliyevi dəstəkləməyin"
please wait

No media source currently available

0:00 0:11:47 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukrayna sülh sammiti. Azərbaycan və İran münasibətlərinin perspektivi.
please wait

No media source currently available

0:00 0:30:08 0:00
XS
SM
MD
LG