Qara geyinmiş insanlar bu gün kral Bhumibol Aduladeyin dəfn mərasiminə tamaşa etmək üçün Tailandın paytaxtı Bankokun küşələrinə çıxıb.
Bu, qədim ənənələrə uyğun 90 milyon dollara başa gələn mərasim zamanı kralın külü Böyük Saraydan buddist və hinduların müqəddəs məbədi sayılan Meru dağındakı xüsusi kremotoriyaya aparılıb.
Kralın yeganə oğlu və xələfi Karl Maha Vajirolonqkorn bu gecə dəfn tonqalını yandıqdıqdan sonra mərasim başa çatacaq.
Yeni kralın tacqoyma mərasimi isə atasının kremasiyasından dərhal sonra olacaq.
88 yaşlı Kral Bhumibol dünyasını keçən ilin oktyabr ayında dəyişib. Siyasi parçalanma yaşayan Tailanda 70 il hökmdarlıq edən kral vəhdət yaradan fiqur hesab edilirdi.