Accessibility links

The Wall Street Journal: Kreml "Vaqner"in Afrika və Yaxın Şərqdəki "imperiyasının" nəzarətini əlinə almaq niyyətindədir


Kreml qiyamdandan sonra muzdlulardan ibarət "Vaqner" qrupunu və onun qurucusu Yevgeni Priqojinin Afrika və Yaxın Şərqdəki "imperiyasının" nəzarətini əlinə almaq niyyətindədir.

Bu barədə The Wall Street Journal diplomatik və kəşfiyyat dairələrindəki mənbələrə istinadən məlumat yayıb.

Qəzet qeyd edib ki, Rostov-na-Donuda baş verən hadisələr "Moskvanın diplomatik fəallığının yüksəlməsinə" səbəb olub. Nəşrin bildirdiyinə görə, Rusiya Xarici İşlər Nazirliyi "Vaqner"in tərəfdaşlarını qrupun fəaliyyətinin yeni rəhbərlik altında davam etdirəcəyinə əmin etmək üçün Afrika və Yaxın Şərq ölkələri ilə əlaqə saxlayır.

The Wall Street Journal-ın mənbələri iddia edir ki, yaxın günlərdə xarici işlər nazirinin müavinlərindən biri Dəməşqdə olub. O, şəxsən Suriya prezidenti Bəşər Əsədə qrupun bölmələrinin artıq müstəqil fəaliyyət göstərməyəcəyi barədə məlumat verib.

The Wall Street Journal-ın mənbələri həmçinin iyunun 27-də "Vaqner"in Suriyadakı muzdlularına Latakiyadakı Rusiya hərbi bazasına getmək əmri verildiyini və onların buna əməl etdiklərini bildirib.

Bundan əlavə, The Wall Street Journal yazır ki, Rusiya Xarici İşlər Nazirliyinin yüksək rütbəli məmurları mühafizəçiləri arasında rus muzdlularının da olan Mərkəzi Afrika Respublikasının Prezidenti Faustin-Arkance Tuadereyə zəng edib.

İddialara görə, diplomatlar Mərkəzi Afrika Respublikasının rəhbərini üsyanın Rusiyanın Afrikadakı planlarına təsir etməyəcəyinə inandırıblar. Xüsusilə Malidə Rusiya muzdlularının BMT-nin 13 minlik kontingentini əvəzləyəcəyi ehtimal edilir. Onun missiyası iyunun 30-da başa çatır.

Dünyaya Baxış

Dünyaya Baxış. Dağıstanda matəm elan edilib
please wait

No media source currently available

0:00 0:11:26 0:00
XS
SM
MD
LG