Accessibility links

Təhlil: 111-ci Konqres nailiyyətləri ilə tarixə düşdü


Respublikaçılar noyabr seçkilərində Demokratlar üzərində nəhəng qələbə çalaraq Nümayəndələr Palatasına nəzarəti ələ keçirdilər
Respublikaçılar noyabr seçkilərində Demokratlar üzərində nəhəng qələbə çalaraq Nümayəndələr Palatasına nəzarəti ələ keçirdilər

Demokratlar noyabr seçkilərində Nümayəndələr Palatasındakı çoxluğu itirdilər. Bu, o deməkdir ki, növbəti spiker Respublikaçı konqresmen Con Beyner olacaq.

Bir çox siyasi təhlilçilər razılaşırlar ki, hazırkı Konqres son əsrin ən məhsuldar Konqreslərindən biri olub. Bəziləri ehtiyat edirlər ki, yeni tərkibli Konqres qütblənmiş vəziyyətdə çox elə nailiyyət əldə edə bilməyəcək.

Konqresin tənəffüsə çıxması ərəfəsində Nümayəndələr Palatasının spiker postunu tərk edən Nənsi Pelosi Kapitolidə yolka ağacını işıqlandırdı.

Demokratlar bu ilin noyabr seçkilərində Nümayəndələr Palatasındakı çoxluğu itirdilər. Bu, o deməkdir ki, növbəti spiker Respublikaçı konqresmen Con Beyner olacaq.

Demokratlar Senatda cüzi fərqlə çoxluğa malikdirlər və hökumət bununla da bölünmüş vəziyyətdə qalacaq.

Siyasi ekspertlər razılaşırlar ki, bu Konqres tarixə ən məhsuldar qanunverici orqan kimi düşəcək. Norman Ornstayn mühafizəkar təmayüllü Amerika Sahibkarlıq İnstitutunda çalışır.

“Amerikalıların bir çox hallarda xoşlamadığı bu Konqres Lindon Consonun prezidentlik dönəmində fəaliyyət göstərmiş 89-cu Konqresi xatırladır,” deyə o, bildirir.

Nailiyyətlər sırasında inqilabi səhiyyə islahatları və maliyyə təsisatlarının islahatları var. Ornstayn deyir ki, seçicilər Demokratları yüksək işsizliyə görə cəzalandırdılar.

Respublikaçılar tərəfdə onlar vergi endirimləri, dövlət xərclərinin azaldılması, və hökumətin məhdud rolunu təşviq edən Çay Partiyasının namizədlərini millət vəkili seçdilər.

Yeni Respublikaçı konqres üzvü Tim Skott onlardan biridir. O, deyir ki, yeni Konqres dəyişikliyə nail olacaq. “Mən şübhə etmirəm ki, Respublikaçı konfransın üçdə birini təşkil edən 83 adamla biz tez bir zamanda dəyişikliyə nail olacağıq,” deyə o, söyləyir.

Ornstayn deyir ki, mötədil Demokrat və Respublikaçıların əvəzləndiyi bir mühitdə qütbləşmə daha da dərinləşəcək:

“Biz böyük gərginliklərdən keçmişik - prezident Niksonun, prezident Klintonun impiçmentləri, Vyetnam müharibəsi, İran-Kontra təhqiqatı… Lakin indi daha pisdir.”

Congressional Quarterly məcmuəsinin redaktoru Deyvid Hokinqz deyir ki, Respublikaçıların idarə etdiyi Nümayəndələr Palatası prezidentlə yola getməyəcək: “Onların məhkəməyə vermək hüququ var, onlar çoxlu təhqiqat apara bilərlər, onlar prezident Obamanın müşavirlərini, kabinet üzvlərini dinləmələrə çəkib onları videokameralar qarşısında tənqid edə bilərlər.”

Varlılar da daxil olmaqla bütün amerikalılar üçün vergiləri endirməyə razı olan prezident Obama göstərib ki, o, Respublikaçıarla kompromisə getməyə hazırdır. Lakin onun partiyasının qəzəblənmiş üvləri prezidentin Demokratların təməl prinsiplərini qurban verdiyini iddia edirlər.

Güman edilir ki, 2011-ci ildə prezident bölünmüş Konqreslə balanslı münasibətlər saxlamağa çalışacaq.

XS
SM
MD
LG