Avropa İttifaqının xarici əlaqələr üzrə rəhbəri Cəki Aşton iyulun 13-də Türkiyəyə səfər edəcək. Müşahidəçilərin fikrincə ittifaq üzvləri arasında Türkiyənin üzvlüyünə müqavimət gücləndikcə Türkiyənin Avropa İttifaqına üzv olması perspektivləri iflas təhlükəsi ilə üzləşir. Bəziləri isə Türkiyənin Avropaya arxa çevirməsindən narahatdır.
Türkiyə-Avropa İttifaqı görüşü Ankaranın birliyə üzvlyü üçün həyati bir məqamda baş verir. Bu ay rəsmilər Türkiyənin Avropa İttifaqına üzvülüyü üçün təsbit olunan 13-cü maddəni müzakirə edəcəklər. İttifaqa üzv olmaq üçün Türkiyə 35 maddəni yerinə yetirməlidir. İndiyədək 12 maddə qəbul edilib. Lakin Ankaranın Yunan Kipri ilə sərhədləri açmaqdan imtina etməsi 8 maddəni tamamilə dondurub.
Analitiklər proqnozlaşdırılar ki, 13-cü maddə həll olunan sonuncu maddə ola bilər. Bahçeşehir Universietindən ekspert Çengiz Aktar Türkiyənin üzvlük şanslarının böhranla üzləşdiyini deyir: "Bu amac ölmək üzrədir. Çox ağır durumdadır. Zənnimcə avropalılar nə etdiklərini bilmirlər. Onların başı daxili iqtisadi problemlərə qarışıb və tədricən Türkiyəni itiirlər."
Türkiyə və Xorvatiya Avropa İttifaqına üzvlük prosesinə 2005-ci ildə eyni gündə başlayıblar. Lakin Xorvatiyia bütün maddələri yerinə yetirib və bu ilin sonunandək bütün öhdəliklərə cavab verəcəyi güman edilir.
Türk ictimaiyyəti isə bu təzadın fərqindədir, deyə siyasi şərhçi Semih İdiz bildirir: "Hər on adamdan yeddisi Avropa İttifaqının Türkiyə ilə səmimiliyini sual altına alır. Türklərin çoxu hesab edir ki, avroplalılar Türkiyəyə etibar etmir. Hökumət isə başqa seçim olmadığından danışıqları davam etdirir."
Bunun nəticəsi olaraq Ankara öz kursunu dəyişib və özünün şərq və Yaxın Şərq qonşuları ilə ambisiyalı təmas planına baş vurub. Bu yaxınlarda Suriya və İranla vizasız gediş-gəliş və azad ticarət müqavilələri imzalanıb.
Ötən ay Türkiyə BMT-nin İrana qarşı sanksiyalar paketinin əleyhinə səs verdi. Bu isə Türkiyənin ümumi istiqaməti haqda suallara yol açıb.
Ötən ay Avropada görüşləri zamanı Robert Geyts bildirib ki, əgər Türkiyə öz kursunu dəyişirsə, bunun günahı Avropadadır, çünki Qərb uzun müdət Türkiyənin istədiyi həlqəni ona verməyib.
Rəsmi Ankara Qərbdən üz döndərdiyini inkar edir. Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Londona səfəri zaman israr edib ki, Avropa İttifaqına üzvlük Türkiyənin bir nömrəli prioritetdir.
Lakin Avropa İttifaqının nəhəng büdcə defisitləri ilə üzləşdiyi bir vaxtda müşahidəçilər hesab edir ki, 70 milyonluq əhalisi olan nisbətən yoxsul ölkənin birlik sıralarına qəbul edilməsi perspektivi zəif görünür. Bu arada isə Türkiyədə bir çoxları ölkənin üzvlük prosesinə artıq prosesə gözdən pərdə asmaq kimi baxırlar.