Accessibility links

Təhqiqatçılar BP-ni kimyəvi maddələr barədə nizamlamaları pozmaqda günahlandırır


ABŞ konqres təhqiqatçıları neft şirkəti BP-ni Obama administrasiyasının Meksika Körfəzində neft topalarını dağıtmaq üçün xüsusi kimyəvi maddənin istifadəsini məhdudlaşdırmaq haqda göstərişinə məhəl qoymamaqda günahlandırıb. ABŞ konqresmeni Edvard Markinin dünən açıqladığı sənədlərdə gösətirilir ki, Körfəz Patrulu BP-yə müntəzəm olaraq körfəz sularında dispersantlardan istifadə etməyə icazə verib. ABŞ Ətraf Mühiti Mühafizə Agentliyi mayın 26-da BP-yə toksik kimyəvilərdən nadir hallarda istifadə etməyə icazə verib. Həmin göstərişdən bəri 48 gün ərzində BP 74 dəfə dispersantlardan istifadə olunması üçün icazə istəyib.

XS
SM
MD
LG