Accessibility links

“Amerikanın səsi” Çinin iddialarını rədd edib


“Amerikanın səsi” Çinin Tibet etirazçılarını özlərini yandırmağa təşviq etdiyinə dair iddialarını rədd edib.

İttihamlar Çinin “China Daily” qəzeti və dövlət televiziyasında səslənib. Çin “Amerikanın səsi”ni Tibetdəki insanlara gizli şifrə göndərməkdə günahlandırıb.

“Amerikanın səsi”nin direktoru Deyvis Ensor ittihamları absurd və tamamilə əsassız adlandırıb. O, insanların özlərini yandırma hallarını faciəvi və Tibetdəki vəziyyətin təzahürü kimi qiymətləndirib.

Yayım şəbəkəsinin həm ingilis, həm də Tibet xidməti 2009-cu ildən etibarən 100-ə yaxın tibetlinin Çinin regiondakı repressiyalarına etiraz olaraq, özlərini yandırmasına dair verilişlər hazırlayıb.
XS
SM
MD
LG