Accessibility links

ABŞ dövlət katibi Avropaya səfər edir


Birləşmiş Ştatların dövlət katibi Reks Tillerson Belçika, Avstriya və Fransaya səfəri zamanı ABŞ-ın NATO qarşısındakı öhdəliklərinə sadiq qaldığını bir daha təsdiq edəcəyini deyib.

Belçikaya etdiyi iki günlük səfəri zamanı cənab Tillerson NATO-nun xarici işlər nazirləri ilə görüşəcək.

ABŞ dövlət katibinın Avropaya səfəri bir neçə xəbər agentliyinin Ağ Evin onu Mərkəzi Kəşfiyyat Agentliyinin başçısı Mayk Pompeo ilə əvəz edəcəyi barədə xəbərlər yaydığı vaxta təsadüf edir. Cənab Tillerson bu xəbəri cəfəngiyyat adlandırıb.

Prezident Tramp da özünün Tweeter səhifəsində Tillersonun yaxın zamanda vəzifəsini tərk etməyəcəyini bildirib.

NATO-nun baş katibi Yens Stoltenberq bazar ertəsi Tillersonun vəzifəsindən kənarlaşdırılması barədəki spekulyativ xəbərləri təkzib edib. O, Trans-Atlantik Alyans və NATO nazirlətinin diqqətlərini şayiələr deyil, əsas məsələlərə yönəltdiklərini deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG