Accessibility links

Reks Tillerson: Heç vaxt istefa vermək niyyətində olmamışam


ABŞ dövlət katibi istefasına dair yayılan şayiələri təkzib edərək, heç vaxt vəzifəsindən istefa vermək fikrində olmadığını deyb.

Reks Tillerson bildirib ki, vitse-prezident onu vəzifəsində qalmağa razı salmayıb. Belə ki, o, heç vaxt istefa haqda fikir söyləməyib.

Tillerson bu gün Dövlət Departamentində bu bəyanatla çıxış edib.

NBC xəbər agentliyi dövlət katibinin cari ilin əvvəlində vitse-prezident Mayk Pens tərəfindən vəzifədə qalmasına razı salındığı barədə məlumat yayıb. Xəbərdə deyilib ki, Tillerson iyun ayında Pentaqon rəsmiləri ilə görüşü zamanı Trampı “moron” (ağılsız) adlandırıb.

Bununla bağlı sualı cavablandırarkən Tillerson deyib ki, o, lazımsız işlərə vaxt ayırmır. Dövlət katibi əksinə, Trampın xarici siyasətini təqdirəlayiq adlandıraraq, prezidentin tutduğu kursa nail olmağın mümkünlüyünü bildirib.

Prezident Tramp Twitter hesabında yazıb: "NBC CNN-dən də qeyri-səmimi və yalan xəbərlər yayır. Bu, dəqiq məlumat yayılmasında rüsvayçılıqdır. Xəbər reytiqlərinin niyə düşdüyünə heç bir şübhə qalmır”.

XS
SM
MD
LG