Accessibility links

ABŞ Dövlət Katibi Londondakı yeni səfirliyin açılışında iştirak edəcək


Birləşmiş Ştatların Dövlət Katibi Reks Tillerson prezident Donald Trampın iştirak etmək istəmədiyini deməsindən sonra ABŞ-ın Londondakı yeni səfirliyinin açılış mərasimində iştirak edəcəyini bildirib.

London cənab Tillersonun Avropaya edəcəyi səkkiz günlük səfərinin ilk dayanacağı olacaq.

Lakin Dövlət Departamentinin sözçüsü cənab Tillersonun rəsmi olaraq açılış lentini kəsməsinin planlaşdırılmadığını bildirib.

Qarşıdan gələn Bazar günü Britaniyaya səfəri zamanı cənab Tillersonun ölkə rəsmiləri ilə görüşəcəyi və dünya boyu qarşılıqlı maraqları olan məsələləri müzakirə edəcəyi gözlənilir.

Keçən həftəninn cümə günü prezident Tramp Obama administrasiyası dövründə Londondakı ABŞ səfirliyinin yerinin dəyişdirilməsi ilə bağlı qərarın "pis qərar" olduğunu deyərək, yeni səfirliyin açılışında iştirak etmək istəmədiyini bildirmiş və fevral ayında Londona planlaşdırılan səfərini təxirə salmışdı.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG