Accessibility links

Donald Tramp Reks Tillersonu dövlət katibi vəzifəsinə nominasiya edib


ABŞ prezident seçilmiş Donald Tramp ExxonMobil şirkətinin prezidenti Reks Tillersonu dövlət katibi vəzifəsinə nominasiya edib.

Rusiya prezidenti ilə dost münasibətlərində olan Tillerson 41 il eyni neft şirkətində çalışıb.

Reks Tillerson haqda ən çox xoşuma gələn şey odur ki, onun bütün cür xarici hökumətlərlə uğurlu sövdələşmələrdə geniş təcrübəsi var.
Donald Tramp

Tramp deyib ki, Tillersonun qlobal şirkəti idarə etmək bacarığı Dövlət Departamentinə rəhbərlik etməkdə uğurlu olması üçün mühümdür.

O deyib ki, Tillerson əsas diqqəti ABŞ-ın milli təhlükəsizlik sahəsində ən ümdə maraqlarına yetirəcək və regional sabitliyə nail olmağa çalışacaq.

Lakin Senatda respublikaçılar Tillersonun namizədliyini o qədər də dəstəkləmir.

Marko Rubio və Con Makkeyn kimi Respublikaçı senatorlar Tillersonun Kremllə yaxın əlaqələrindən narahatlıqlarını ifadə ediblər.
Marko Rubio və Con Makkeyn kimi Respublikaçı senatorlar Tillersonun Kremllə yaxın əlaqələrindən narahatlıqlarını ifadə ediblər.

Silahlı Qüvvələr Komitəsinin sədri senator Con MakKeyn Tillersonun Rusiya prezidenti Vladimir Putinlə münasibətlərinin "narahatlıq doğuran məsələ" olduğunu bildirib.

Kreml bazar ertəsi Tillersonu tərifləyib və onu yüksək təcrübəyə malik şəxs adlandırıb.

2011-ci ildə Şimal Buzlu Okeanında neftqazma işləri üzrə Rusiya ilə razılıq imzalayan Reks Tillerson 2013-cü ildə prezident Vladimir Putin tərəfindən "Dostluq Ordeni" ilə təltif olunub. 2014-cü ilin sentyabrında Krımı işğal etmiş Rusiyaya tətbiq edilən sanksiyalar üzündən neftqazma işləri dayandırılıb.

XS
SM
MD
LG