Accessibility links

Tim Keynin tərcümeyi-halı [Video]


Vitse-prezidentliyə namizəd Tim Keynin tərcümeyi-halı
please wait

No media source currently available

0:00 0:02:04 0:00

Tim Keyn ispanca bilir. Onun Harvard Universitetindən hüquq diplomu var. İndi isə o tərcümeyi-halına prezidentlik seçki kampaniyası zamanı Demokrat Partiyasından vitse-prezidentlik də əlavə edə bilər.

Zəif siyasətçilər özlərini darıxdırıcı adlandırır.

Tim Keyn: “Buna görə mən onunlayam. Siz onunlasınızmı?”

Hillari Klinton yeni enerji ilə onun tərəfindədir. Onun vitse-prezidentlik üçün seçimi təbii və ehtiyatlı görünür.

Tim Keyn 22 illik siyasi kariyerasında şəhər şurasının rəsmisi vəzifəsindən mer, qubernator və Snatda Virciniya təmsilcisi vəzifəsinə qədər qüksəlib.

Keyn Missuri Universiteti ilə yanaşı, həm də Harvard məzunudur.

O, katolikdir. O, məktəbdən bir il məzuniyyət götürüb Hondurasda missioner olaraq fəaliyyət göstərib və ispanca öyrənib.

Keyn deyir ki, onun Mərkəzi Amerikada gördüyü səfalət onun xidmət etmək sahəsinə marağını artırıb. Bu sahədə fəaliyyəti zamanı həyat yoldaşı Annla tanış olub.

Tim Keyn: “Həmin vaxtlar çətin idi. Lakin biz güclü insanlarıq və bunu mən dostlarımdan öyrəndim. Çətin vaxtlar uzun sürmür, amma güclü insanlar daimi qalır.”

Keyn deyir ki, onun çətin vaxtları 2007-ci qubernator olduğu zaman Virciniya Texniki Universitetində qətliam hadisəsi vaxtı olub. Ruhi xəstə tələbə tərəfindən törədilən hadisə Keyni ştatda əqli səhiyyə sahəsində islahatlar aparmağa məcbur edib.

2008-ci ildə Demokrat Milli Kommitəsində rəhbər kimi o, Barak Obamanın namizədliyi vaxtı vitse-prezidentlik vəzifəsinə namizəd görülüb.

İndi isə Klintonun vitse-prezident seçimi olan Keyn həm alqış, həm də narahatlıqlara səbəb olub.

Lafayet Barnes: “Mən onun siyasətini bəyənirəm və onun düzgün seçim olduğunu düşünürəm.”

Maykl Qotik: “Düşünürəm onlar bir-birini balanslaşdırır.”

Tom Sçimit: “Mən Hillariyə çox inanmıram. Ona görə də o partiyada baş verənlərə çox fikir vermirəm.”

Senator ümid edir ki, o fikirləri dəyişdirə və Hillarinin noyabr ayında Ağ Evi qazanmasına dəstək ola bilər.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG