Accessibility links

Timo Soini: Son illər Avropada KİV-lər tez-tez hücumlara məruz qalır


"Müstəqil və plüralist kütləvi informasiya vasitələri bizim demokratik cəmiyyətlərin mühüm tərkib hissəsidir. Lakin son illər Avropada KİV tez-tez hücumlara və təhdidlərə məruz qalır. Bu, qəbuledilməzdir. Biz, Avropa Şurası və üzv dövlətlər söz və mətbuat azadlığının qorunması, jurnalistlərin təhlkükəsizliyinin təmin edilməsi ilə bağlı səylərimizi ikiqat artırmalıyıq," Avropa Şurası Nazirlər Komitəsinin sədri və Finlandiyanın xarici işlər naziri Timo Soini Ümumdünya Mətbuat Azadlığı günü (3 may) münasibətilə bildirib.

Nazir 2019-cu il fevralın 19-da qəbul edilmiş Nazirlər Komitəsinin bəyannaməsini xatırladıb.

"Sənəddə demokratiyanın möhkəmləndirilməsində keyfiyyətli jurnalistikanın mühüm rolu qeyd olunur. Keyfiyyətli jurnalistika "ictimaiyyətə açıq olan müxtəlif, səhih, maraqlı və aktual informasiyanın spektrini genişləndirir, təbliğat, təhrif edilmiş informasiya və əsasən sosial şəbəkələrdə yer alan dezinformasiyaya qarşı mübarizə aparır."

Biz, Avropa Şurası və üzv dövlətlər söz və mətbuat azadlığının qorunması, jurnalistlərin təhlkükəsizliyinin təmin edilməsi ilə bağlı səylərimizi ikiqat artırmalıyıq.
Timo Soini, Avropa Şurası Nazirlər Komitəsinin sədri

"Demokratik proseslərin effektivliyi üçün müstəqil məlumatlandırılmış ictimaiyyətin olması, açıq və inklüziv müzakirələrin təşviqi lazımdır. Bununla əlaqədar biz süni intellektin insan haqlarının həyata keçirilməsinə, demokratik proseslərə və hüququn aliliyinə həm müsbət, həm mənfi təsirini öyrənməliyik."

Avropa Şurası özünün müxtəlif institutlarının və orqanlarının köməyilə fikrin ifadə olunması azadlığının, elektron demokratiya və süni intellektin müdafiəsində və irəliləməsində fəal iştirak edir. O, həmçinin jurnalistikanın müdafiəsinə yardım üzrə Platformanın işini və jurnalistlərin təhlükəsizliyini dəstəkləyir ki, bu da KİV subyektləri və üzv dövlətlər arasında əməkdaşlıq və dialoq üçün mühüm zəmini təmin edir.

"Bu məsələlər əvvəlki tək Avropa Şurasının gündəliyində mühüm yer tutacaq. Mən həmçinin 2019-cu il noyabrın 6-8-də Strasburqda keçiriləcək Ümumdünya Demokratiya Forumunun informasiya və demokratiyaya həsr olunmasını alqışlayıram. Bu Forum bizim üzv dövlətlər və bütün avropalılar üçün mühüm olan məsələlərə dair müzakirələr və fikir mübadiləsi üçün açıq meydança olacaq" , Timo Soini bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG