Accessibility links

Ukraynada oktyabrın 28-də keçiriləcək parlament seçkilərindən əvvəl 90 günlük kampaniyaya start verilib


Ukraynada oktyabr ayının 28-də keçiriləcək parlament seçkilərindən əvvəl 90 günlük kampaniyaya start verilib. Lakin ölkənin ən qabaqcıl müxalifət lideri Yuliya Timoşenko yarışlara qatıla bilməyəcək.

2010-cu ildə prezident seçkilərində məğlub olan Timoşenko həbs cəzası altındadır. İndi onu partiyasının Kiyevdəki qərargahında qızı Yevgeniya əvəz edir. Amerikanın səsinin müxbiri ilə söhbəti zamanı o, Ukraynada diktatorluğun dərinləşdiyini deyib. Ailəsini Londonda qoyub Kiyevə gələn Yevgeniya anasının azadlığa buraxılmasına çalışır.

7 il müddətinə azadlıqdan məhrum edilən sabiq baş nazir Timoşenko avqust ayında məhkəməyə çıxarılmalıdır. İndi onu vəzifəsi zamanı dövlətin malını mənimsəməsi kimi daha bir ittiham gözləyir. Günahkar tanındığı təqdirdə Timoşenkonu 15 illik həbs cəzası gözləyir.

Stress səbəbi ilə xəstəxanaya düşən müxalifət liderinin qızı onun xəstənadada da təzyiqlərə məruz qaldığını deyir. “Mənim anam dövlətin nəzarəti altında olan xəstəxanadadır. Həkimlərə daim təzyiq göstərilir. Məni onun həyatı qorxudur.”

Rəy sorğularına görə, Timoşenkonun nüfuzu artmaqdadır. Hazırda o, president Yanukoviçin populyarlıq rəqibidir. Timoşenkonun tərəfdarları onunla həmrəylik kampaniyasına başlayıb.
XS
SM
MD
LG