Accessibility links

Tofiq Yaqubluya dəstək məqsədilə Müsavat Partiyasının qərargahında aclıq aksiyası davam etdirilir


Həbsdə olan siyasətçi Tofiq Yaqubluya dəstək məqsədilə Müsavat Partiyasının qərargahında başlanan aclıq aksiyasının davam etdiyi bildirilir.

Bu barədə AzadlıqRadiosuna sentyabrın 13-də aksiya iştirakçılarından biri olduğunu qeyd edən Müsavat Partiyasının üzvü Elman Quliyev danışıb. Elman Quliyev bildirib ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP)_ üzvü Tofiq Məmmədovun səhhəti pisləşdiyindən aksiyanı dayandırıb:

“Amma cəbhəçilərdən Ayət İsmayıl və Elnur Həsənov aclıq aksiyasını davam etdirirlər”

Onun dediyinə görə, sentyabrın 13-dən AXCP üzvü Zəfər Əhmədov da aksiyaya qoşulmaqla bağlı niyyətini açıqlayıb. Amma bu məlumata, hələlik, Səhiyyə Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Verilən məlumata görə, əvvəlcə sentyabrın 3-dən Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvləri Ayət İsmayıl, Tofiq Məmmədov, Elşən Həsənov ev şəraitində aclıq aksiyasına başlayıblar.

Sentyabrın 7-də onlar Müsavat Partiyasına gətiriliblər. Elə həmin gün, sentyabrın 7-dən də Elman Quiyev aksiyaya qoşulduğunu açıqlayıb. T.Yaqublunun özünün də sentyabrın 2-dən dövlət ittihamçısının ona cəza istəməsindən sonra aclıq aksiyasına başladığı bildirilir.

Bir gün sonra, martın 3-də Tofiq Yaqublu da məhkəməsinin son günündə aclıq aksiyası keçirdiyini vurğulamışdı.Tofiq Yaqublu dünən, sentyabrın 12-də axşam saatlarında isə saxlandığı Şüvəlandakı 3 saylı istintaq təcridxanasından City Hospitala gətirilib.

Onun reanimasiyaya yerləşdirildiyi açıqlanıb.Tibb elmləri doktoru Adil Qeybullanın bildirməsinə görə, T.Yaqublu təcridxananın baş həkimin müşahidəsi ilə City Hospitala gətirilib. Onun vurğulamasına görə, bu addım rəsmi qurumların razılığı ilə həyata keçirilib.

“Məqsəd ekstremal durum yaranarsa Tofiq Yaqubluya kömək etməkdir", deyə o əlavə edib.

Vəkil Aqil Layic isə deyib ki, Tofiq Yaqublunun səhhətinin kritik olması və saxlandığı müəssisədə olan tibbi avadanlıqların reanimasyon tələblərə cavab verməyəcəyini düşünərək, onun müasir təminatlı xəstəxanaya köçürülməsi üçün ailəsinin razılığı ilə Avropa İnsan Hüquqları Məhkəməsinə “aralıq tədbirlərin” görülməsi üçün müraciət edilib:

“Eyni zamanda, ailəsinin seçdiyi həkimin, professor Adil Qeybullanın nəzarətində olmasını tələb etmişdik. İki dəfə kommunikasiya olmuşdu və sonuncu kommunikasiya 11 sentyabr 2020-ci il tarixində olmuş və tələblərimiz dərhal dövlətə yönəlib. Tofiq bəyin Citi Hospitala köçürülməsi həmin prosesin nəticəsidir...”

Amma bu deyilənləri, də, hələlik, Penitensiar Xidmət və başqa rəsmi qurumlarla dəqiqləşdirmək mümkün olmayıb. Tofiq Yaqublunun, həbsinə etiraz olaraq artıq 12 gündür aclıq aksiyası keçirdiyi bildirilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG