Accessibility links

Satirik şairin məhkəməsi təxirə salınıb


Noyabrın 17-də Şirvan Apellyasiya Məhkəməsində hakim Ələsgər Novruzovun sədrliyi ilə satirik şair Tofiq Həsənlinin şikayətinə baxılması təxirə salınıb.

Vəkil Elçin Sadıqov Amerikanın Səsinə bildirib ki, şahidlər gəlmədiyinə görə məhkəmə olmayıb. Hakim onların məcburi gətirilməsi barədə qərar qəbul edib. Növbəti iclas dekabrın 1-nə təyin edilib.

T.Həsənli bu il avqustun 22-də mühakimə edilib və narkotik maddənin qanunsuz dövriyyəsi ittihamı ilə 6 il azadlıqdan məhrum olunub. T.Həsənli KİV-də hakimiyyətin və dövlət məmurlarının ünvanına tənqidi fikirləri ilə tanınır.

2005-ci ildə narkotik maddə ittihamı ilə 3 il azadlıqdan məhrum edilib, ancaq 2007-ci ildə amnistiyaya düşüb.

T.Həsənli Facebook və Youtube-da satirik yazıların dərcini davam etdirib. 2015-ci ilin yanvarında həbslə hədələndiyini bildirib. Oktyabrda isə saxlanılıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG