Accessibility links

Tokioda son iki gündə koronavirusa 40-dan çox insan yoluxub


Yaponiyanın paytaxtı Tokioda son iki gündə koronavirusa 40-dan çox yeni yoluxma halı qeydə alındığı bildirilib.

Tokio qubernatoru Yuriko Koike virusun çox sürətlə yayılması barədə xəbərdarlıq etmək üçün çərşənbə günü gecə keçirdiyi təcili mətbuat konfransı zamanı sakinlərdən vacib işləri olmadıqları təqdirdə aprelin 12-nə qədər evdə qalmalarını istəyib.

250-dən çox yoluxma halı qeydə alındıqdan sonra Tokio Yaponiyanın koronavirus epidemiyasının mərkəzinə çevrilib.

İctimai NHK tele kanalının bildirdiyinə görə, çərşənbə axşamı virusun ən çox yayıldığı yer şimal Hokkaydo prefekturası olub.

Çərşənbə axşamı NHK Yaponiyada koronavirusa 1271 nəfərin yoluxduğunu, 44 nəfərin öldüyünü bildirmişdi. Keçən ay Tokio yaxınlığına yan alan bir kruiz gəmisindəki 712 yoluxma halı və 10 ölüm hadisəsi bu rəqəmlərə daxil deyil.

Beynəlxalq Olimpiya Komitəsi və Yaponiya hökuməti 2020 Tokio Olimpiya Oyunlarının 2021-ci ildə keçirilməsi barədə razılığa gəlib.

Şərhlərə bax

XS
SM
MD
LG