Accessibility links

Tokioda Olimpiya kəndində bir neçə atletin koronavirus testi müsbət çıxıb


Rəsmilərin bazar günü verdiyi məlumata görə, pandemiya səbəbilə ləngiyən Olimpiya Oyunları başlamadan bir neçə gün öncə Tokio Olimpiya Kəndində iki atletin koronavirus testi müsbət çıxıb.

Bu yoluxma halları Yaponiyada onsuz da koronavirus hallarındakı artımla mübarizə aparan ölkədə daha çox yoluxmalara səbəb olma ehtimalı səbəbilə etirazlarla qarşılanan Olimpiya Oyunları ilə bağlı narahatlıqları artıracaq.

Gündəlik göstəricilər iki atletin Olimpiya kəndində bir başqa bir yerdə isə bir başqa nəfərin koronavirus testlərinin müsbət çıxdığının üstünü açıb. Bunan bir gün öncə isə Olimpiya kəndində yarışçı olmayan bir nəfərdə koronavirus aşkarlanıb.

Mənzillər və yeməkxanalardan ibarət Olimpiya kəndində 2020 Tokio Oyunları zamanı 6700 atlet və rəsmi qalacaq. Olimpiya Oyunları ötən il pandemiya səbəbilə təxirə salınmışdı.

2020 Tokio Olimpiya Oyunları infeksiyaların qarşsını almaq üçün bağlı qapılar arxasında keçiriləcəklər. Lakin idman müsabiqəsi Yaponiyada dəstəklənmir.

Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax şənbə günü yaponiyalı azarkeşləri Oyunları dəstəkləməyə çağırıb və tədbir ətrafındakı “skeptisizmdən xəbərdar” olduğunu bildirib.

Şərhlərə bax

XS
SM
MD
LG