Accessibility links

Sakit Okeanda yerləşən Tonqa adasında fövqəladə vəziyyət elan edilib. Ada Gita siklonuna hazırlaşır.

Adada bazar ertəsi gecə baş verəcəyi gözlənilən siklondan öncə bəzi insanlar pəncərələrini lövhələrlə bağlayır, digərləri isə evlərini tərk edir.

Metereoloqlar sakinlərə leysan yağışlar və saatda 200 kilometr sürətlə əsən şiddətli külək barədə xəbərdarlıq edib.

"Bu, ilk dəfə baş vermir, ona görə də insanlar bir yerə toplaşıb, bir-birilərinə dəstək olur," deyə Nukualofa sakini Adiloa Fifita bildirir.

Tonqada 105 min insan yaşayır. Qasırğadan öncə məktəb və iş yerləri tədbir məqsədilə bağlanıb.

Qasırğanın şiddəti ötən həftə Samoa və Amerika Samoasını vurandan sonra artıb. Orada qasırğa binalara zərər vurub, elektriklərin kəsilməsinə və daşqınlara səbəb olub. Bu isə bəzi ərazilərdəki sakinləri təmiz susuz buraxıb.

XS
SM
MD
LG