Dünən ABŞ-ın Oklahoma, Kanzas və Nebraska ştatlarında bir neçə tornado onlarla evi viran qoyub.
Tornado əsasən Oklahoma ştatı və onun paytaxtı Oklahoma şəhərini dağıdıb.
Rəsmilər deyir ki, təbii fəlakət nəticəsində azı 35 ev dağılıb. Oklahoma şəhərinin cənub-qərbinə günorta saatlarında gələn tornado yaşayış məntəqələri ilə yanaşı yerli heyvanxanaya da zərər yetirib.
Oklahoma qəzeti maşınların çevrildiyini yazır.
Axşam saatlarında ikinci tornado maqistral yolda bir neçə maşını çevirib, yaxınlıqdakı işıq naqillərini yararsız hala salıb.
Hadisə zamanı ölən və ya xəsarət alanlar haqda məlumat verilmir.
Qasırğa Oklahoma şəhərinə şiddətli yağışlar və daşqınlar gətirib. Milli Hava Xidməti şəhərdə fövqəladə vəziyyət elan etməyə vadar olub.