Vaşınqton ştatında ucqar bölgədə ötən həftə torpaq sürüşməsi nəticəsində altı nəfərin öldüyü təsdiqlənib. Torpaq sürüşməsi onlarla evin uçmasına səbəb olub.
Xilasetmə işçilərinin Oso şəhərində daha iki nəfərin cəsədini dağıntılar altından çıxarması ilə hadisə nəticəsində ölənlərin sayının daha yüksək olduğu qeyd edilib.
Rəsmilər dağıntılar altında daha səkkiz cəsədin yerini müəyyən edib. 176 nəfərin axtarışı isə hələ də davam edir.
Xilasetmə dəstələri ağır texnika, yüksək texnologiyalı kameralar, itlər və əlləri ilə dağıntılar altından sağ qalanları və ölən insanların cəsədləri çıxarmağa çalışır.
Torpaq sürüşməsinə bir neçə həftə davam edən şiddətli yağışlar səbəb olub.