Accessibility links

Yaponiyanın "Tottori Qum Muzeyi"ndə [Video]


Yaponiyanın "Tottori Qum Muzeyi"ndə
please wait

No media source currently available

0:00 0:02:01 0:00

Yaponiyanın qərbindəki Tottori sahilindəki qumluq ildə təqribən iki milyona qədər ziyarətçini cəlb edir. Bu insanlar dünyanın ilk qapalı qum muzeyi olan Tottori Qum Muzeyində nümayiş etdirilən qum heykəllərə tamaşa etməyə gəlir. Hər il keçirilən “Dünyaya qumlu səyahət” adlı sərgidə yerli sənətkarların işləri ilə yanaşı Afrika, cənub-şərqi Asiya, İtaliya və Rusiya sənətkarlarının möhtəşəm işləri nümayiş etdirilir. Bu il isə Tottoridə nümayiş etdirilən qum əsərləri Amerika tarixini və mədəniyyətini əks etdirir.

Nümayiş etdirilən 19 beynəlxalq qum əsərinin 5-i Birləşmiş Ştatlardan idi. İki həftə müddətində hazırlanan bu heykəllərə 3 min ton qum və su istifadə edilib. Burada Amerikanın şərq və qərb sahilləri, eləcə də bu regionlar arasındakı bölgəlrdən səhnələr görmək olar. Sərgidə ölkənin keçmişi, hazırkı dövrü və gələcəyindən xəbər verən səhnələr var. “Mən Tampın heykəlini ilk dəfədir görürəm. Bunu görmək çox xoşdur. Çünki Trampın heykli müasir tarixi canlandırır” deyə, Londondan gələn ziyarətçi Maykl Bruks bildirir.

Prezident Trampın heykəli sərgi aprel ayında açıldıqdan iki ay sonra əlavə edilib. Muzeyin direktoru Takeşi Şimozava bunun Amerika tarixini əks etdirdiyini deyir. “Biz Vətəndaş Müharibəsindən tutmuş İstiqlal Bəyannaməsinə qədər Birləşmiş Ştatlar tarixinə həsr edilən heykəlləri görə bilərik. Prezidentinin qumdan hazırlanmış heykəli isə Birləşmiş Ştatların keçmişdən bu günə qədərki tarixi deməkdir.”

Lakin prezident Trampın heykəli hamının sevdiyi heykəl olmadı. Texasdan Sara Çavez: “Mən Trampın pərəstişkarı deyiləm, buna görə də həyəcanlanmıram. Lakin buradakı digər heykəlləri görməyimdən məmnunam və sənətçilərin işlərinə heyranam.”

Buradakı işlər Amerikanın tarixi və mədəniyyəti haqda bilik almağa yardım edir. Yaponoyalı turist Toyoko Suinaqa: “Qum sənəti sayəsində mən Birləşmiş Ştatlar tarixini öyrənə bildim. Bu heykəllər çox gözəldir və mən onların dağılacağına inanmıram.”

Bu əsərlər möhkəm qablaşdırılmış, davamlı qumdan hazırlanıb. Heykəllər yanvar ayında qum dağılana qədər nümayiş etdiriləcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG