Accessibility links

Toyota yeriməyə yardım edən ekzoskeleton hazırlayıb [Video]


Toyota yeriməyə yardım edən ekzoskeleton hazırlayıb
please wait

No media source currently available

0:00 0:01:28 0:00

İllər boyu aparılan eskperimentlərdən sonra nəhayət ki, çox yaxında reabilitasiya mərkəzlərində əlil insanlara yeriməyə yardım edən robot cihazlar istifadəyə veriləcək. Yaponiyanın avtomobil şirkəti Toyota bildirir ki, bu ilin sonunadək Yaponiyada yaşlı və zəif insanlara yeriməyə yardım edən robotların köməkliyi ilə terapiya sessiyaları keçiriləcək.

Bizim Partnyor Robot-u inkişaf etdirməyimizə səbəb cəmiyyətimiz və insanlar üçün faydalı bir şey etmək istəyimiz idi.
Toşiyuki İsobe

Yaponiyada yaşlılar və əlillər istilik və rahatlıqla təmin edən yumşaq körpə suitilərdən tutmuş yüksək inkişaf etdirilmiş əlil arabalarına kimi bir çox robotik cihazlardan faydalanırlar.

2011-ci ildən bəri Toyota aşağı ətrafların iflici olan xəstələrə yenidən yeriməyə yardım edəcək ekzoskeletonları sınaqdan keçirir.

“Bu cihaz reabilitasiya zamanı pasientlərə yardım edir. Cihazdakı sensor çox həssasır. Pasientə yardım etmək isə robotun ağlı, onun sürətini istifadəçinin iflic dərəcəsinə uyğunlaşdıra bilməsi və bədənin hansı hissəsinin daha çox dəstəyə ehtiyacı olduğunu müəyyən etməsi səyəsində mükündür”, deyə Fujita Sağlamlıq Universitetindən Eiki Saito bildirir.

Davamlı və əlverişli ekzoskeletonu hazırlamaq robotun sabitliyi və çəkisindən tutmuş enerji tədarükünə kimi bir çox problemləri çözməyi tələb edirdi.

Toyotanın inkişaf etdirdiyi robotik cihaz Welwalk-un daxili sensorları var. Bu sensorlar robotun individual pasientlərə uyğunlaşmasına yardım edir.

Partnyor Robor
Partnyor Robor

Robotik sistem təhlükəsizlik kəməri ilə təchiz edilmiş xüsusi qaçış trenajoru ilə birlikdə işləyir.

“Bizim Partnyor Robot-u inkişaf etdirməyimizə səbəb cəmiyyətimiz və insanlar üçün faydalı bir şey etmək istəyimiz idi”, Toyota Motors şirkətindən Toşiyuki İsobe deyir.

2017-ci ilin payızında Toyota Welwalk sisteminin icarəyə verməyə başlayacaq. Robotun qiymətinin 9 min dollar, üstəqəl aylıq icarə haqqının 3 min dollar olacağı gözlənilir. Bu isə o deməkdir ki, robotik sistemi əldə etmək daha çox, çoxlu pasientləri olan reabilitasiya mərkəzləri üçün əlverişli olacaq.

XS
SM
MD
LG