Accessibility links

Toyota və Mazda ABŞ-da ortaq zavod açırlar


Toyota və Mazda korporasiyalarının prezidentləri Akio Toyoda və Masamişi Koqai.

Yaponiya avtomobil istehsaçıları Toyota və Mazda korporasiyaları cümə günü bildiriblər ki, onlar ABŞ-da ortaq avtomobil istehsalı zavodu açmaq niyyətindədirlər. 1.6 milyard ABŞ dollarının sərf ediləcəyi proses nəticəsində amerikalılar üçün 4,000 yeni iş yeri açılacaq.

İldə 300,000 avtomobil istehsalı gücünə malik olacaq yeni zavodda Şimali Amerika bazarı üçün Toyota Corolla buraxılacaq. Mazda isə, öz növbəsində, bu zavodda ABŞ bazarına təqdim edəcəyi krossover modellərin istehsalını planlaşdırır.

Şirkətlər zavodun tikintisinə sərf ediləcək xərcləri öz aralarında bərabər şəkildə böləcəklər.

Toyota şirkətindən bildiriblər ki, onlar Meksikada tikintisi davam edən zavod ilə bağlı planlarını dəyişərək, orada Corolla modellərinin əvəzinə Tacoma pikapları istehsal edəcəkləri ilə bağlı qərar veriblər.

Şaiyələr gəzir ki, hər iki avtomobil istehsalçısı elektiklə idarə edilən avtomobillərin istehsalında birlikldə çalışmağı planladırırlar. Getdikcə, qlobal istiləşmə və ətraf mühitin çirklənməsi ilə bağlı narahatlıqlar səbəbi ilə elektriklə çalışan avtomobillər rəqabətli bazara seqmentinə çevrilməkdədir.

Renault və Mitsubishi şirkətləri ilə tərəfdaşlıq digər Yaponiya avtomobil istehsalçıları Nissan Motor elektriklə idarə edilən avtomobil istehsalında qlobal liderdir.

2015-ci ildə Toyota və Mazda əməkdaşlıq haqqında razılaşma əldə etsələr də, bu razılaşmanın detalları ictimaiyyətə açıqlanmayıb.

Toyota hal-hazırda Mazda şirkətini hibrid texnologiyaları ilə təmin edir. Mazda isə öz növbəsində, Meksika zavodunda Toyota üçün kompakt avtomobillər istehsal edir.

Yaponiyanın Hiroşima şəhərində yerləşən Mazda şirkətinin Ford kimi güclü tərəfdaşı var idi. 1979-cu ildə Mazda səhmlərinin 25 faizini alan Ford, 1996-cı ildə səhm payını artıraraq 33.4 faizə çatdırıb. Buna baxmayaraq, getdikcə Mazda ilə əlaqələrini kəsən Amerika avtomobil istehsalçısı, 2008-ci ilə qədər sahib olduğu bütün Mazda səhmlərin satıb.

XS
SM
MD
LG