Accessibility links

Rusiyada ətraf mühit mühafizəçisi vəhşicəsinə döyülüb


Andrey Rudomaxaya naməlum maskalı şəxslər hücum edib

Rusiyanın ətraf mühit mühafizəsi qrupunun bildirdiyinə görə, maskalı şəxslər onların liderlərinə hücum edib.

Krasnodar şəhərində həyata keçirilən hücum nəticəsində Andrey Rudomaxa ciddi yaralarla xəstəxanaya yerləşdirilib. Onun vəhişcəsinə döyülməsi burnu və kəllə sümüyününü sınmasına səbəb olub.

Rudomaxa və bir neçə digər fəal Qara dəniz regionundan qayıdarkən hücuma məruz qalıb. Qrup həmin regionda qanunsuz inşa edilən lüks saraylarla bağlı araşdırma aparırdı.

Yerli rəsmilər insidentlə bağlı istintaqa başladıldığını bəyan edib.

Bu qrup 20 ildən çoxdur ki, Rusiyanın cənub Karasnodar, Stavropol, Rostov, Adıgey, Karaçay-Çərkəz və Kabadino-Balkariya bölglərində lantşaftların dağıdılması və suların zəhərlənməsinə dair araşdırmalar aparır.

XS
SM
MD
LG