Accessibility links

“Traxtor”-un yeni baş məşqçisi Türkiyədən Mustafa Denizli oldu


Türkiyənin milli futbol komandası, habelə Beşiktaş və Qalatasaray kimi tanınmış klublarının başq məşqçisi olmuş Mustafa Denizli Təbrizin Traktorsazi futbol klubu ilə müqavilə imzalayıb.

Bu haqda məlumatı İran və Türkiyə xəbər agentlikləri yayıb.

Tanınmış baş məşqçisinin “dünyanın ən çox türk tərəfdara malik olan futbol klubu” ilə 5 illik bir müqavilə imzaladığı bildirilir.

Keçmiş illərdə də İranda çalışan Mustafa Denizli Tehran Pas və Perspolis komandalarına rəhbərlik edib.

İran Azərbaycanından əlavə, İranın digər bölgələrində yaşayan türklər arasında da çox sayda azarkeşi olan komanda daha əvvəl də Türkiyədən baş məşqçi gətirib. Ertuğrul Sağlam keçən ilin ilk mövsümündə “Traxtor”-a rəhbərlik etmişdi.

XS
SM
MD
LG