Accessibility links

Trampı xarici səfərdə müşayiət edən Gizli Xidmət agenti vəfat edib


ABŞ prezidenti Donald Tramp və birinci xanım Melaniya Tramp keçən həftə Avropaya son səfər zamanı Şotlandiyada Gizli Xidmət agentinin ölümülə əlaqədar başsağlığı bildirib.

Prezident və birinci xanım 42 yaşlı Noul Remagenə son ehtiram bildirmək üçün çərşənbə günü Endrüs Hərbi Hava Qüvvələrinin Bazasına yollanıb. Remagenin cəsədi günorta saatlarında hərbi hava qüvvələrinin bazasına gətirilib. Prezidentin açıqladığı bəyanatda Remagenin çərşənbə günü insult keçirdiyi və ailə üzvləri, habelə iş yoldaşlarının əhatəsində vəfat ediyi deyilir.

Noul Remagen ABŞ prezidenti, birinci ailə və Amerika digər lidelərininin mühafizəsini həyat keçirən Gizli Xidmət Agentliyində 19 ildir çalışıdı. O, beş il ABŞ Hərbi Dəniz Qüvvələrində xidmət edib.

Prezidentin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonu mühafizə edən Remagen növbətçi olduğu zaman huşunu itirdiyi halda tapılıb. O dərhal xəstəxanaya çatdırılıb, lakin bazar günü dünyasını dəyişib.

“Biz Remagenin ailəsi üçün dua edirik. Bizim hamımız ABŞ-ın Gizli Xidmət Agentliyində kişi və qadınlara göstərdikləri xidmətlərə və verdiyi qurbanlara görə həmişə minnətdarıq”, Ağ Evin sözçüsü Sara Hakabi Sanders Twitter mesajında yazıb.

Noel Remagen evli idi, onun iki övladı var idi.

XS
SM
MD
LG