Accessibility links

Trampın hədələrindən sonra ər-Riyadın səhm birjalarında qiymətlər düşüb


Səudiyyə kralı Salman jurnalist Xaşuqcinin yoxa çıxması ilə bağlı məlumatının olmadığını deməsindən sonra ABŞ prezidenti Donald Tramp dövlət katibi Mayk Pompeonu kralla görüşə göndərdiyini deyib.

Prezident Donald Trampın jurnalist Camal Xaşuqcinin yoxa çıxması ilə bağlı Səudiyyə Ərəbistanının "ağır cəzalandırılacağını" deməsindən sonra Ər-Riyadın səhm birjalarında qiymətlər düşüb.

Bu gün Tadavül birjasında 186 səhmdən 182-si dəyər itirib.

Səudiyyə Ərəbistanı Trampın təhdidilərinin "daha böyük" iqtisadi addımlarla cavab veriləcəyini bildirib.

Tramp şənbə günü CBS televiziya kanalının “60 Minutes” verilişinə müsahibəsidə deyib ki, “biz bunun dərinliyinə qədər gedəcəyik və ağır cəza olacaq.”

Prezident hal-hazırda qətlin arxasında Səudiyyə Ərəbistanı şahzadəsi, vəliəhd Məhəmməd bin Salmanın dayanıb-dayanmadığını heç kimin bilmədiyini, lakin bunu çox güman ki, müəyyən ediləcəyini deyib. Tramp əlavə edib ki, “bu sübuta yetirilsə, ABŞ çox məyus və qəzəbli olacaq.”

Səudiyyə Ərəbistanı ilə biznes əlaqələrinin mövcud olduğunu dəfələrlə qürurla deyən Tramp müsahibə zamanı həm də bildirib ki, ABŞ silahlarının Səudiyyə Ərəbistanına satışının dayandırılması müzakirə mövzusu deyil. ABŞ prezidenti bunu ölkədəki iş yerlərinə zərbə vurmamaq istəməsilə əsaslandırıb.

Xaşuqci 2 oktyabr tarixində nikah üçün lazım olan sənədləri əldə etmək üçün Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğuna daxil olarkən öz cihazının səsyazma funksiyasını işə salıb.

Ərəb dünyasının ən nüfuzlu jurnalistlərindən biri olan Camal Xaşuqci keçən həftə İstanbulda Səudiyyə Ərəbistanının konsulluğuna daxil olduqdan sonra yoxa çıxıb.

Türkiyə rəsmiləri səudiyyəliləri günahlandırır, lakin rəsmi Ər-Riyad veteran jurnalistə zərər yetirildiyinə dair iddiaları rədd edir.

XS
SM
MD
LG