Accessibility links

Trampın illik hesabat məruzəsində rəsmi qonaqlar kimlərdir?


ABŞ prezidenti Donald Trampın Konqresin birgə iclasında ölkədə vəziyyətlə bağlı illik hesabat məruzəsini dinləmək üçün həm prezidentin özü, həm də qanunvericilər tərəfindən qonaqlar dəvət edilir.

ABŞ prezidenti Donald Trampın qonaqları

Prezident Tramp illik hesabat məruzəsini dinləmək üçün Konqresə Holokost soyqırımı və Pittsburq şəhərində sinaqoqda 11 nəfərin öldürüldüyü hücum zamanı xilas olmuş Cudi Sameti dəvət edib. Pittsbirq şəhərinin polis şöbəsinin əməkdaşı Timoti Matson da dəvət olunanlar arasındadır. Prezident Tramp bundan başqa daha bir neçə qonaq dəvət edib. Nevada ştatından qeyri-qanuni mühacir tərəfindən qətlə yetirilən Cerald və Şeron Deyvidin ailə üzvləri, 1996-cı ildə kokain satışına görə 35 illik həbsə məhkum edilmiş və Trampın həbsxana islahatları nəticəsində azad edilmiş Metyu Çarls, ABŞ-ın Daxili Təhlükəsizlik Nazirliyinin insan alverinə qarşı mübarizə şöbəsinin xüsusi agenti Elvin Hernandes və başqaları onlar arasındadır.

ABŞ prezidenti Donald Tramp və birinci xanım Melaniya Trampın prezidentin illik hesabat məruzəsini dinləmək üçün Konqresə dəvət etdiyi qonaqlar
ABŞ prezidenti Donald Tramp və birinci xanım Melaniya Trampın prezidentin illik hesabat məruzəsini dinləmək üçün Konqresə dəvət etdiyi qonaqlar

Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin qonaqları

Konqresin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin qonaqlarından biri Demokrat partiyasının prezidentin məruzəsinə cavabla çıxış edəcək Elizabet Quzmandır.

Konqresin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi
Konqresin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi

Pelosi həmçinin Birləşmiş Ştatlara uşaq ikən qeyri-qanuni gətirilmiş Melodi Klingenfussu da hesabat məruzəsini dinləməyə dəvət edib.

Senator Rik Skottun qonaqları

Respublikaçı senator Rik Skottun prezident Trampın illik hesabat məruzəsini dinləmək üçün Konqresə dəvət etdiyi qonaq qızı Medou 2018-ci ildə Florida ştatının Parkland şəhər məktəbində silahlı hücum zamanı qətlə yetirilən 17 şagird arasında olan Endrü Pollakdır. Hadisə baş verən zaman Florida ştatının qubernatoru olan Rik Skott Pollakı Floridanın təhsil şurasına təyin edib. Lakin Skottun xələfi, respublikaçı qubernator Ron DeSantis Skott tərəfindən edilmiş bir sıra təyinatlarla yanaşı, bu təyinatı da ləğv edib.

Senator Rik Skott
Senator Rik Skott

Aleksandra Okasio Kortes

Demokrat qanunverici Aleksandra Okasio Kortes prezident Trampın illik hesabat məruzəsini dinləmək üçün Konqresə keçən il Ali Məhkəmənin hakimi vəzifəsinə nominasiya edilmiş Brett Kavanoya dəstək verən senator Ceff Fleykə etirazını bildirmiş Ana Maria Arçillanı dəvət edib.

Demokrat qanunverici Aleksandra Okasio Kortes
Demokrat qanunverici Aleksandra Okasio Kortes

Okasio Kortesin mənsub olduğu Nyu York dairəsində yaşayan Arçilla keçən il sentyabr ayında başqa bir qadınla senator Fleykin liftin qarşısında önünə keçərək, seksual qısnamada ittiham edilən Kavanoya dəstək verdiyinə görə ona çığırmağa başlayıb. Qadınlar özlərini seksual təcavüz qurbanları kimi təsvir edərək, Feykdən Kavanoya dəstəyini yenidən nəzərdən keçirməsini istəyiblər. Brett Kavano ittihamları rədd edib və daha sonra Ali Məhkəmənin hakimi vəzifəsinə təyin olunub.

Dünyaya Baxış

Dünyaya Baxış. Donald Tramp ABŞ-ın 47-ci prezidentidir
please wait

No media source currently available

0:00 0:11:09 0:00
XS
SM
MD
LG