Accessibility links

Trampın keçmiş vəkili: İlk prioritet ailəm və ölkəmdir, prezident deyil


ABŞ prezidenti Donald Trampın keçmiş vəkili Maykl Kohen

ABŞ prezidenti Donald Trampın keçmiş vəkili Maykl Kohen deyib ki, onun üçün ilk prioritet prezidenti deyil, ailəsini və ölkəsini müdafiə etməkdir.

Vəkil bu açıqlamaları aprel ayında federal prokurorluq onun Nyu-Yorkdakı evi, ofisi və hoteldəki nömrəsində axtarış apardıqdan sonra mediaya ilk müsahibəsi zamanı verib.

Kohen Trampın 2016-cı il prezident seçkilərində kampaniyasında rolu ilə əlaqədar xüsusi prokuror Robert Müllerin təhqiqatının mərkəzindədir. 51 yaşlı vəkil aparılan iki təhqiqat çərçivəcində prokurorlarla əməkdaşlıq etmək istədiyinə işarə edib. “Mən ilk növbədə həyat yoldaşım, qızım və oğluma sadiqəm və həmişə də olacam. Mən ailəmi və ölkəmi birinci hesab edirəm”, o, ABC tele-kanalına müsahibə bildirib.

Kohen yaxın zamanlara qədər Ağ Evdə rəsmi səviyyədə olmasa da, Trampı təmsil edən vəkillər arasında mühüm rol oynayırdı.

ABŞ-ın xüsusi prokuror Robert Müller
ABŞ-ın xüsusi prokuror Robert Müller

Maykl Kohen 2016-cı ildə noyabr seçkilərindən iki həftə əvvəl porno aktrisa Stormi Daniyelsə onun iddia etdiyi kimi Trampla keçirdiyi gecə ilə bağlı susması üçün 130 min dollar məbləğində pul ödəyib. Bəzi hüquqşünasların bildirdiyinə görə, bu ödəniş Kohen tərəfindən kampaniyanın maliyyələşdirilməsi qanununun pozulması kimi qiymətləndirilə bilər.

Kohen son aylar verdiyi müsahibələrdə ödənişi öz təşəbbüsü ilə etdiyini deyirdi. Lakin o bunu Trampın göstərişi ilə edib-etmədiyi və ona pulu geri qaytarmağı vəd edib-etmədiyi ilə bağlı sualı cavablandırmaqdan imtina edib.

Mən öz təmiz adımı, etibarımı və həyatımı qaytarmaq istəyirəm.
Maykl Kohen

“Mən cavab vermək istəyirəm. Bir gün cavab verəcəm. Amma indi deyil, hələlik bununla bağlı bundan artıq şərh verə bilmərəm”, deyə o bildirib.

Tramp bir tərəfdən Kohenə dəstək bildirərək, onun evi və ofisində axtarışla bağlı hiddətini ifadə etsə də, digər tərəfdən isə prezident olana qədər onun bir sıra problemlərini həll etdiyini deyən vəkillə özü arasında məsafə saxlamağa çalışır.

Kohen özü də FBI-ın aprel ayında minlərlə səhifədən ibarət sənədin toplandığı reydini “ölkəyə qarşı hücum” adlandırıb.

Prezident Donald Trump, vəkil Michael Cohen and porno aktrisa Stormi Daniyels
Prezident Donald Trump, vəkil Michael Cohen and porno aktrisa Stormi Daniyels

Prezident Tramp kampaniyasının Rusiya ilə əlaqələri olduğunu rədd edərək, xüsusi prokuror Müllerin təhqiqatını “ifritə ovu” adlandırır.

Bununla belə, Kohen Trampın “ifritə ovu” xarakteristikasını bəyənmədiyini deyib. O həmçinin Trampı “Rusiya prezidenti Vladimir Putinin 2016-ci il seçkilərinə müdaxilə etdiyini inkar etdiyini” bildirdiyi Twitter mesajını tənqid edib.

“Sadəcə olaraq cənab Putinin inkar etməsini qəbul etmək düşüncəsizlikdir”, Kohen bildirib.

Vəkil həmçinin deyib ki, o, müsahibəni vəziyyətin aydınlaşdırılması üçün ilk addım atmaq məqsədilə verib.

“Mən öz təmiz adımı, etibarımı və həyatımı qaytarmaq istəyirəm”, o bildirib.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG