Accessibility links

Trampın xəbərdarlığından sonra miqrant karvanı qısalıb


Trampın xəbərdarlığından sonra miqrant karvanı qısalıb
please wait

No media source currently available

0:00 0:02:26 0:00

Minlərlə miqrant, xüsusilə də Hondurasdan gələn insanlar Qvatemalının Meksika ilə sərhədinə toplaşıb. Onlar Birləşmiş Ştatlara getmək üçün Meksikadan keçid əldə etmək istəyir. Lakin bir çoxları yolda və ya Meksika ilə sərhəddə çətinliklərlə üzləşəndən sonra Hondurasa geri dönüb. ABŞ prezidenti Donald Tramp Honduras, Qvatemala və Meksikaya xəbərdarlıq edib ki, əgər onlar karvanın qarşısını almasa, bunun nəticələri olacaq.

Biz çayı keçmək üçün çox risk aldıq. Hondurasda isə həyatımızı riskə atırıq, çünki orada yaxşı həyat yaşamaq imkanı yoxdur. Orada gələcək yoxdur

Ötən həftə Meksika rəsmiləri Meksika ilə Qvatemala arasındakı körpüdə miqrant karvanının qarşısını alıb. Lakin daha sonra çoxları yollarına davam edə bilmək üçün Suçiate çayını ya üzərək ya da əldə düzəldilmiş qayıqlarla keçib.

“Biz çayı keçmək üçün çox risk aldıq. Hondurasda isə həyatımızı riskə atırıq, çünki orada yaxşı həyat yaşamaq imkanı yoxdur. Orada gələcək yoxdur” – deyə, honduraslı miqrnat Maykol bildirir.

Tramp miqrantların qarşısını aldığı üçün Meksikanı alqışlayıb.

“Mən Meksikaya təşəkkür etmək istəyirəm. Meksika inanılmazdır , çünki indi onlar Birləşmiş Ştatların rəhbərliyinə hörmət edir”, Tramp deyib.

Tramp administrasiyası daha öncə ABŞ-Meksika sərhədində miqrantlara qarşı rəftarına görə tənqid olunub. Sabiq vitse-prezident Co Bayden bazar günü Nevadada yenidən bu məsələni qaldırıb.

“Amerikada nə baş verir? Körpələr sərhəddə analarından ayrılır. Biz nə edirik? Biz nə hala gəlmişik?”, o, sual edib.

Miqrantlar Suçiate çayını keçir
Miqrantlar Suçiate çayını keçir

Nevadanın bir başqa hissəsində respublikaçıların seçki kampaniyasında iştirak edən Tramp demokratları kriminalları ABŞ-a dəvət etməkdə günahlandırıb.

“Demokrat partiyası açıq-aydın milyonlarla qeyri-qanuni insanı qanunlarımızı pozmağa, sərhədimizi keçməyə və ölkəmizi darmadağın etməyə çağırır. Demokratlar karvan istəyir. Onlar karvanları sevir”, Tramp deyib.

Tramp bu məsələni ara seçkilər zamanı siyasi məsələyə çevirib. O, Meksika miqrantların qarşısını almadığı təqdirdə ABŞ-Meksika sərhədini bağlamaq və regiona yardımı dayandırmaqla hədələyib.

“Mən onlar gəlmədən sərhədi bağlayacam və ordunu səfərbər edəcəm”, Tramp bildirib.

Mən onlar gəlmədən sərhədi bağlayacam və ordunu səfərbər edəcəm
Donald Tramp

Qvatemala və Hondurasın prezidentləri şənbə günü birgə mətbuat konfransı keçirəcək, miqrantları evlərinə geri dönməyə çağırıb.

“Mən honduraslıları əmin etmək istəyirəm ki, bizim onları qarşılayacaq işçi qrupumuz, eləcə də onlara təqdim edəcəyimiz imkanlar var” – deyə, Hondurasın prezidenti Huan Orlando Hernandez bildirib.

Onlar həmçinin Birləşmiş Ştatları inandırmağa çalışıb ki, miqrantların çoxu artıq geri dönüb.

“Təxminən 2 min nəfər. Dəqiq rəqəm deyə bilmək üçün Hondurasla birlikdə saymalıqıyıq. Amma 2 min nəfər artıq sağ-salamat Honduras ərazisinə geri gəlib”, Qvatemalanın prezidenti Cimmi Morales söyləyib.

Amma bir çoxları hələ də, nə olursa olsun Birləşmiş Ştatlara yol tapacaqlarını vəd edir.

XS
SM
MD
LG