Accessibility links

Trampın Putinlə mətbuat konfransına Amerikadan sərt reaksiyalar gəlir


ABŞ siyasi xadimləri Prezident Donald Trampın Rusiya lideri Vladimir Putinlə keçirdiyi birgə mətbuat konfransında Moskvanın Amerika seçkilərinə müdaxiləsi barədə amerikalı kəşfiyyatçıların gəldiyi qənaəti müdafiə etməməsinə şok reaksiyalar verməkdədirlər.

Prezident Trampın sadəlövhlüyü, eqoizmi, saxta ekvivalentliyi və avtokratlara olan simpatiyasının vurduğu ziyanı ölçmək çətindir.
Con Makkeyn, Senator

Finlandiya paytaxtı Helsinkidə keçirilən mətbuat konfransında ABŞ lideri xüsusi prokuror Robert Müllerin Rusiyanın 2016-cı il seçkilərinə müdaxiləsi ilə bağlı 14 aydır ki, apardığı təhqiqatı “ölkəmiz üçün fəlakət” adlandırıb.

Vətəndə Trampın dediklərinə reaksiya sərt gəldi.

Adətən Trampın tərəfdarı kimi tanınan Respublikaçı Senator Lindzi Qraham Tvitter mesajında mətbuat konfransını “buraxılmış fürsət” kimi dəyərləndirib. “Prezident Trampın cavabı Rusiya tərəfindən zəiflik əlaməti kimi qəbul ediləcək və həll etdiyindən daha çox problemlər yaradacaq,” deyə o bildirib.

Senator Lindzi Qraham
Senator Lindzi Qraham

Veteran Respublikaçı Senator Con Makkeyn Trampın mətbuat konfransındakı çıxışını “rüsvayçılıq” adlandırıb. “Prezident Trampın sadəlövhlüyü, eqoizmi, saxta ekvivalentliyi və avtokratlara olan simpatiyasının vurduğu ziyanı ölçmək çətindir,” Senator Makkeyn bəyan edib.

Heç zaman ağlıma gəlməzdi ki, Amerika prezidenti Rusiya prezidenti ilə bir səhnədə dayanıb Rusiya təcavüzünə görə Birləşmiş Ştatları qınayacaq.
Ceff Fleyk, Senator

Nümayəndələr Palatasının spikeri Paul Ryan ABŞ-la Rusiya arasında heç bir mənəvi ekvivalentliyin olmadığını və Kremlin ABŞ dəyərlərinə fundamental şəkildə zidd olduğunu vurğulayıb.

“Heç zaman ağlıma gəlməzdi ki, Amerika prezidenti Rusiya prezidenti ilə bir səhnədə dayanıb Rusiya təcavüzünə görə Birləşmiş Ştatları qınayacaq,” deyə digər Respublikaçı Senator Ceff Fleyk bildirib.

Demokrat qanunvericilərin Trampın çıxışına reaksiyası eyni dərəcədə sərt olub.

Demokrat Senator Çak Şumer Trampı “KQB-nin sözlərini Mərkəzi Kəşfiyyat Agentliyində (CIA) çalışan kişi və qadınların sözlərindən üstün” tutduğunu vurğulayıb.

Çak Şumer, Senator
Çak Şumer, Senator

Virciniyanı təmsil edən Senator Mark Uorner baş verənləri Rusiyanın ABŞ demokratiyasına hücumu kimi qiymətləndirərək Trampın ABŞ kəşfiyyatçılarına qahmar çıxmamasını “tam rüsvayçılıq” adlandırıb.

Senator Elizabet Uorren ABŞ prezidentini “beynəlxalq səhnədə Amerikanı biabır etməkdə, təsisatlara zərbə endirməkdə, müttəfiqlərlə münasibətləri zəiflətməkdə və diktatora qucaq açmaqda" günahlandırıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG