Accessibility links

Tramp Çini seçkiyə müdaxilədə ittiham edib


Tramp Çini seçkiyə müdaxilədə ittiham edib
please wait

No media source currently available

0:00 0:01:29 0:00

Prezident Donald Trmap yeni mətbuat konfrasnıda İran nüvə razılığını tənqid edib və Çini ABŞ seçkilərinə müdaxilədə ittiham edib. Tramp üç gün davam edən BMT iclaslarından sonra çərşənbə axşamı Nyu Yorkda müxbirlər qarşısında çıxış edib.

Tramp müxbirlərlə keçirdiyi uzun görüşdə deyib ki, Çin Birləşmiş Ştatlarla ticarət danışıqlarından və Trampın Amerika maraqlarını qorumaq üçün tariflərə üz tutmasından narazıdır.

Onlar mənim seçkidə məğlub olmağımı istəyir, çünki onlara daha öncə heç kim belə meydan oxumayıb, amma mən Çini bizim fermerlərə, sənayeçilərə və şirkətlərimizə açmaq istəyirik
Donald Tramp

“Onlar mənim seçkidə məğlub olmağımı istəyir, çünki onlara daha öncə heç kim belə meydan oxumayıb, amma mən Çini bizim fermerlərə, sənayeçilərə və şirkətlərimizə açmaq istəyirik”, Tramp söyləyib.

O, çərşənbə günü BMT-nin Təhlükəsizlik Şurasında 2015-ci ildə əldə olunan İran razılığı ilə bağlı səsləndirdiyi tənqidlərini təkrarlayıb. ABŞ may ayında Trampın qüsurlu adlandırdığı bu razılıqdan geri çəkilib.

Tramp deyib ki, Şimali Koreya lideri Kim Conq Unla danışıqlar məhsuldar keçib. Bundan əlavə isə o, daha çox danışıqların planlaşdırıldığını söyləyib.

“O da, mən də razılıq əldə etmək istəyirik. Əslində bizim yaxşı münasibətimiz var”, Tramp söyləyib.

Tramp deyib ki, Ali Məhkəməyə namizəd Brett Kavanonu cinsi qısnamada ittiham edən qadın Senatda ifadə verəcək.

Onlar qadına sözünü demək üçün böyük imkan yaradır.

Tramp Ədliyyə Nazirliyinin rəsmisi Rod Rozensteynlə görüş təyin edib. Rozensteynin vəzifəsindən azad ediləcəyinə dair söz-söhbətlər gəzir. O, Rusiyanın ABŞ seçkilərinə mümkün müdaxiləsi ilə bağlı aparılan istintaqda əsas fiqurdur.

Şi Tsinpin və Donald Tramp
Şi Tsinpin və Donald Tramp

“Mən onu vəzifədə saxlayıb, işini bitirməsinə icazə verməyə üstünlük verirəm” – deyə, Tramp bildirib.

Tramp seçki kampaniyası ilə Rusiya arasında əlaqənin olmadığını söyləyir.

XS
SM
MD
LG