Accessibility links

Tramp Çinlə ticarət əlaqələrinin yaxşı olacağını proqnozlaşdırır


ABŞ prezidenti Donald Tramp Amerikanın Çinlə fantastik ticarət əlaqələrinə malik olacağını deyib. Lakin o, bunun digər prezidentlərin hakimiyyəti altında olduğundan fərqlənəcəyini bildirib.

Biznesmenlər qarşısında çıxış edən ABŞ dövlət başçısı bildirib ki, o, Çinin rifahını nəzərə alacaq, lakin Çin siyasəti Amerikaya ədalətli davranmalıdır.

Tramp dəfələrlə Çinin ABŞ-la balanssız ticarət münasibətlərinə malik olduğunu deyib. O, Çin mallarında 30 milyard dollarlıq tarif tətbiq edib.

Administrasiya cari ayın sonunda daha 16 milyard dollarlıq tarfilərin tətbiqini nəzərdə tutur.

Bu yaxınlarda Çin prezident Trampın ticarət təhdidilərini davam etdirdiyi təqdirdə, ABŞ-ın 60 milyard dollarlıq mallarına yeni tariflərin tətbiqi ilə hədələyib.

Çinin Ticarət Nazirliyi bildirib ki, 5200 ABŞ malına 5-dən 25 faizədək tarif tətbiq ediləcək.

XS
SM
MD
LG