Accessibility links

ABŞ yeni prezidentin inaqurasiyasından öncə Əfqanıstan və İraqdan daha çox hərbçini çıxarır


Prezident Donald Trampın gələn il yeni prezidentin inaqurasiyasına qədər ABŞ-ın Əfqanıstandan 2 min, İraqdan 500 əsgəri qüvvəsinin geri gətirmək əmrindən sonra Pentaqon gələn həftə daha çox hərbçini evə gətirəcək.

“Yanvarın 15-nə qədər Əfqanıstandakı qüvvələrimizin sayı 2500 nəfər olacaq. Həmin tarixə qədər İraqdakı qüvvələrimiz də 2500 olacaq” - deyə, müdafiə naziri vəzifəsini icra edən Kris Miller çərşənbə axşamı Pentaqonda jurnalistlərə bildirib.

Miller deyib ki, qoşunlarının sayının azaldılması ABŞ-ın qlobal terrorizmə qarşı mübarizəndə siyasət və ya hədəflərinin dəyişməsi demək deyil. O, bu siyasətin ABŞ qüvvələri, diplomatları, kəşfiyyat zabirləti və müttəfiqlərin qorunması yolu ilə davam etdiriləcəyini bildirib.

Miller bəyanatından sonra ona ünvanlanan sualları cavablandırmayıb.

Milli təhlükəsizlik üzrə məsləhətçi Robert Obrayan oktyabr ayında bunabənzər bir plan təqdim etmiş, lakin Pentaqon vaxtı təsdiq etməmişdi.

Miller çərşənbə axşamı səhər Konqres liderləri, NATO baş katibi Yens Stoltenberq və Əfqanıstan prezidenti Əşrəf Qani də daxil olmaqla, bu planla bağlı bir neçə liderlə danışıqlar apardığını deyib.

“Prezident Qani hər zaman qoşunlarımızın keyfiyyətinin sayından daha vacib olduğunu vurğuladyıb. Biz onun sülhə danışıqlar yolu ilə nail olmağa çalışan hökumətini dəstəkləməkdə davam edəcəyik” - deyə, Miller bildirib.

Hazırda NATO-nun Əfqanıstandakı qüvvələri ABŞ ordusundan daha çoxdur. Hərbi rəsmilər Pentaqonun Trampın bölgədə ordusunun sayını azaltmasına baxmayaraq, NATO qüvvələrinin bu ölkədə sayını qorumağa çağırdığını deyir.

Şərhlərə bax

XS
SM
MD
LG