Prezident Tramp bu həftə Tennesi ştatına səfəri zamanı büdcə layihəsini ictimailəşdirdi.
“Gördüyünüz kimi biz milli təhlükəsizliyimizi artırırıq. Ordumuzu həmişəkindən daha böyük, daha yaxşı və daha güclü edirik.
Büdcə layihəsi Konqres spikeri Pol Rayan tərəfindən də dəstəklənib.
“Yeni büdcə ilə bağlı məni ən çox həvəsləndirən ordumuzu yenidən qura biləcəyimizdir.”
Demokratlar isə Amerikanın gücünün yalnız ordudan ibarət olmadığını deyirlər.
“Bizim gücümüz həm də sağlam təhsildən və amerikalıların yaxşı güzəranından irəli gəlir.”
Trampın büdcə idarəsinin rəhbəri bildirdi ki, Ağ Ev büdcə kəsirini artırmadan müdafiə, mühafizə və sərhədi gücləndirilmək niyyətindədir.
“Bu büdcədə xərclər prioritetlərə uyğun müəyyən edilib.”
ABŞ işçilərinə Afrikada nə baş verdiyi maraqlı olmaya bilər. Amma, dünya istehlakçılarının 95 faizi Amerikadan kənar yaşayır. Bizim məhsulların böyük hissəsi isə xarici bazara çıxarılır.
Humanitar təşkilatlar nümayəndələri bildirirlər ki, ABŞ-ın xarici yardım ixtisarı dünyanın ən həssas bölgələrində insanları təhlükəyə atır. Onlar hesab edirlər ki, inkişaf etməkdə olan ölkələrdən uzaqlaşmaq həm də Amerikaya ziyan vura bilər.
“Çinə baxmaq kifayətdir. Son 10 ildə onların iqtisadi inkişaf meylli xarici yardımı 700 faiz artıb. Biz kənara çəkilsək, ehtimal var ki, həmin ölkələr bizimlə ticari əlaqələrdə maraqlı olmayacaqlar. ABŞ işçilərinə Afrikada nə baş verdiyi maraqlı olmaya bilər. Amma, dünya istehlakçılarının 95 faizi Amerikadan kənar yaşayır. Bizim məhsulların böyük hissəsi isə xarici bazara çıxarılır.”
Tənqidçilər hesab edir ki, xəstəliklər, terror təhlükələri və aclıq ilə mübarizə aparan ölkələrdən üz döndərmək ABŞ-a öz təsirini göstərəcək.
Ağ Ev rəsmiləri bildirirlər ki, Tramp seçki zamanı nə söz vermişdisə, onu da icra edir.