Accessibility links

Tramp Abe ilə görüşüb, Şimali Koreya ilə danışıqları təsdiq edib


Tramp-Abe görüşü
please wait
Embed

No media source currently available

0:00 0:02:39 0:00

ABŞ prezidenti Donald Tramp bildirib ki, Birləşmiş Ştatlar Şimali Koreya ilə yüksək səviyyədə birbaşa danışıqlara başlayıb. Bu bəyanat Tramp və Şimali Koreya lideri Kim Yonq Un arasında təklif edilmiş zirvə görüşündən bir neçə həftə öncə verilir. Prezident Trampla ikitərəfli danışıqlar məqsədilə görüşən Yaponiya baş naziri Şinzo Abe danışıqlar masasında Yaponiyanın da maraqlarının nəzərə alınmasını istədiyini bildirib.

ABŞ prezidenti Donald Tramp Yaponiyanın baş naziri Şinzo Abe ilə görüşdüyü zaman Şimali Koreya lideri Kim Yonq Unla sammitin keçirilməsi planlarını təsdiq edib.

Bu, tarixi bir görüş olacaq və mən ümid edirəm ki, bu istiqamətlərdə inkişaf əldə ediləcək.
ABŞ prezidenti Donald Tramp

“Biz yüksək səviyyədə birbaşa danışıqlar aparmışıq. Şimali Koreya ilə çox yüksək səviyyədə və mən həqiqətən də inanıram ki, burada xoş məram var. Yaxşı şeylər baş verib. Biz nə olacağını görəcəyik. Həmişə dediyim kimi, görək nə olacaq. Çünki bizim görüşüb, ya da görüşməmək haqda nə fikirləşdiyimiz deyil, son nəticənin nə olacağı mühümdür.”

Trampla iki günlük görüşdə Şimali Koreya və ticarət məsələlərini müzakirə edən baş nazir Abe inkişafları yüksək qiymətləndirib.

“Mən ABŞ və Koreya arasında planlaşdırılmış ilk zirvə görüşündə narahatlıq doğuran əsas məsələlərin həlli istiqamətində mühüm inkişafa nail olunacağına ümid edirəm. Buraya nüvə və raket proqramları və Yaponiya üçün prioritet məsələlərdən biri olan oğurlanma halları daxildir. Buna görə də bu, tarixi bir görüş olacaq və mən ümid edirəm ki, bu istiqamətlərdə inkişaf əldə ediləcək.”

Mən ABŞ və Koreya arasında planlaşdırılmış ilk zirvə görüşündə narahatlıq doğuran əsas məsələlərin həlli istiqamətində mühüm inkişafa nail olunacağına ümid edirəm.
Yaponiyanın baş naziri Şinzo Abe

Abenin səfəri ABŞ və Yaponiya arasında münasibətlərdə Trampın Yaponiyaya polad və alüminium tariflərində güzəştə getməmək qərarı ilə bağlı gərginliyin yarandığı vaxta təsadüf edir. Rəsmi Tokio həmçinin Trampın Şimali Koreya ilə Yaponiyanın təhlükəsizliyini təhlükə altına ala biləcək razılaşma əldə edə biləcəyindən narahatdır.

Stimson Mərkəzində Yaponiya proqramlarını direktoru Yuki Tatsumi.

“O, vətənə Birləşmiş Ştatlar və Yaponiya arasında Şimali Koreya ilə bağlı məsələlərdə prioritetlər, onların baxışları və hazırkı problemin necə həll ediləcəyi ilə bağlı fikirlərini bölüşdüklərinə dair əminliklə qayıtmaq istəyir. Mən hesab edirəm ki, baş nazir Abe xüsusilə də Birləşmiş Ştatların Şimali Koreyanın nüvəsizləşdirliməsinə əvvəllər olduğundan daha da artıq sadiq qaldığına əmin olmaq istəyir.”

Ekspertlər bildirir ki, Trampla yaxın əlaqələr yarada bilmiş Abe Yaponiyanın maraqlarının təmin edilməsi üçün öz nüfuzundan istifadə edə biləcəyinə ümid edir.

Vilson Mərkəzində Asiya proqramlarının direktoru Abraham Denmark

“Baş nazir Abe üçün prezident Trampla Kim Yonq Unla görüşdən öncə oturub danışıqlar aparmaq və onun Yaponiya üçün mühüm məsələləri və Yaponiyanın maraqları üçün əsas prinsipləri başa düşdüyünə əmin olmaq olduqca mühümdür.”

Tramp Abeni Şimali Koreyanın oğurladığı Yaponiya vətəndaşları ilə bağlı məsələni Kim Yonq Unla planlaşdırılmış görüş zamanı müzakirə ediləcəyinə əmin edib.

XS
SM
MD
LG