Amerikalı fermerlər prezident Donald Trampın ticarət siyasəti nəticəsində yaşadıqları maddi itkilərə kompensasiya olaraq 12 milyard dollar dəyərində təcili maddi yardım alacaqlar.
Kənd Təsərrüfatı nazirliyinin elan etdiyi bu birbaşa yardım Tramp administrasiyasının tariflər tətbiq etdiyi, digər ölkələrin isə cavab tədbirləri gördüyü vaxta təsadüf edir. Bu cavab tədbirlərinin isə ABŞ-da ərzaq istehsalçılarına milyardlarla dollar zərər vuracağı gözlənilir.
Bəzi fermerlər deyir ki, maliyyə dəstəyi tariflərin onlar üzərindəki uzunmüddətli mənfi təsiri azaltmayacaq.
“Bu, mənim üçün böyük itkidir, buna səbəb təkcə qiymətlərin düşməsi deyil, həm də odur ki, gələcək bazarlar əlimizdən alınacaq”- deyə, fermer Maykl Saltteri bildirib.
Ağ Ev rəsmiləri təkid edir ki, tariflərin ABŞ iqtisadiyyatına uzun-müddətli müsbət təsirlər göstərməsi üçün ilk olaraq onlar qısamüddətli çətinliklər yaradacaq.
Bir çox qanunverici Trampın yardım paketi vermək əvəzinə tarifləri aradan qaldırmasını dəstəkləyir.