Accessibility links

Tramp Təşkilatının işçisi Ağ Evə işə alınıb


Birinci xanım Melaniya Tramp Ağ Evin iqamətgah işçilərinə nəzarətçi olaraq Tramp Təşkilatının Vaşinqtonda otelinin yüksək vəzifəli işçisini təyin edib.

Timoti Harlet Tramp otelində otaqların direktoru vəzifəsində çalışıb, Ağ Evə isə 90 işçiyə nəzarət edəcək.

“Mən Timotinin bizim komandaya daxil olacağına görə şadam”, deyə xanım Tramp bəyanatında bildirib.

“Baş nəzarətçi binanın meneceri olaraq xidmət göstərir və prezident ailəsinə Ağ Evin yaşayış hissəsinin dekorasiya edilməsində və ləvazimatların alınmasında yardım edir.

Ağ Evdə 19-cu əsrin sonlarından bəri bir nəzarətçi çalışır. Onların əsas vəzifəsi prezident və birinci xanımın qonaqlarını müşayiət etmək idi.

XS
SM
MD
LG