Accessibility links

Tramp: "Amerika təhqiqatçıları səudiyyəli jurnalistin istintaqı ilə bağlı artıq Türkiyədədir"


ABŞ prezidenti Donald Tramp bu gün bildirib ki, Amerika təhqiqatçıları səudiyyəli jurnalistin istintaqı ilə bağlı artıq Türkiyədədir.

Bir qrup ABŞ senatoru səudiyyəli jurnalistin yoxa çıxması ilə bağlı istintaq başlatması üçün ABŞ prezindenti Donald Trampa təzyiq göstərib. Bu istintaq Səudiyyə Ərəbistanı rəsmiləri və qurumlarına qarşı sanksiyalarla nəticələnə bilər.

Prezident Tramp müxbirlərə deyib ki, o, Səudiyyə Ərəbistanı rəsmiləri ilə Camal Xaşuqci ilə bağlı “yüksək səviyyəli” danışıqlar aparıb, lakin onlar Xaşuqcinin harada olduğuna dair heç bir məlumat verməyib.

“Bəli, kəşfiyyat məlumatları çox aydın və qısadır və hazırda diqqətin Səudiyyə Ərəbistanına yönəlməli olduğuna dair inam yaranıb”, Senatın Xarici Əlaqələr Komitəsinin sədri, respublikaçı senator Bob Korker söyləyib.

“Bu, nifrətoyadan bir vəziyyətdir. Bütün dünya da bunu izləyir. Siz bilirsiniz ki, Səudiyyə Ərəbistanının sahzadəsi özünü Səudiyyə cəmiyyətini yaxşılaşdırmağa çalışan biri olaraq qələmə verir” – deyə, ABŞ Senatının azlıq lideri Çak Şumer deyib.

Türkiyə rəsmiləri Xaşuqcinin ötən həftə Riyadın İstanbuldakı konsulluğunda öldürüldüyünü düşündüklərini deyir.

Səudiyyə Ərəbistanı bu ittihamı “əsassız” adlandırsa da, Xaşuqcinin konsulluqdan sağ çıxdığına dair bir sübut irəli sürməyib. Türkiyə isə onun konsulluqda ikən öldürüldüyə dair dəlil təqdim etməyib.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG