Accessibility links

Tramp amerikalıların işə qayıtmasını istəyir


ABŞ prezidenti Donald Tramp COVID-19 xəstəliyinin yayılmaması üçün biri-birindən etibarlı bir məsafəni saxlamaqda davam edərək, amerikalıların ən qısa müddətdə işə qayıtmalarını istəyir. Səhiyyə mütəxəssisləri bunun bir araya sığa bilmyəcəyinə dair xəbərdarlıq edir.

"İnsanlarımız işə qayıtmaq istəyir. Onlar məsafə saxlamağı və başqa şeylər tətbiq edəcəklər, yaşlılar isə sevgi ilə qoruyacaqlar. Biz bu iki işi birlikdə edə bilərik. Müalicə problemin özündən pis olmamalıdır" - deyə, Tramp çərşənbə axşamı səhər Twitter səhifəsində yazıb.

Trampın tviti onun dünən axşam Ağ Evin brifinq otağında jurnalistlərə verdiyi açıqlamalarla üst-üstə düşür.

"Bizim ölkənin bağlanması nəzərdə tutulmayıb", prezident bazar ertəsi bildirib.

Tramp Ağ Evin koronavirusa qarşı mübarizə səyləri ilə məşğul olan qrupun üzvləri ilə birlikdə keçirilən gündəlik brifinqdə dünyanın ən böyük iqtisadiyyatının virtual olaraq bağlanmasına son vermək üçün növbəti addım atılacağını deyib.

Tramp müəyyən məqamda ölkənin "açılmalı və fəaliyyətə başlamalı" olduğunu deyərək, əksər müəssisələrin bağlanması səbəbindən ölkəyə dəyən iqtisadi zərərlə COVID-19 pandemiyası riskini qarşılaşdırdığını açıqlayıb.

Prezidentin sözlərinə görə, ABŞ-da iqtisadi böhran səbəbindən ölüm virus səbəbindən ölümlərdən çox ola bilər. Prezident koronavirusdan ölüm nisbətinin bir faizdən də az, gözləniləndən qat-qat az olduğunu deyib.

"Amerika bizneslər üçün yenidən və tezliklə açılacaq", Tramp bildirib. O, dəhşətli virus təhlükəsinin tez bir zamanda geri çəkilməyəcəyi haqda xəbərdarlıq edənlərin dediyi kimi, 3-4 ay vaxt müddətinin olmayacağını bildirib.

"Həkimlərin imkanı olsaydı bütün dünyanı bağlayardılar" deyə, o bildirib.

Keçən bazar ertəsi Tramp Xəstəliklərə Nəzarət və Prolaktika Mərkəzlərinin insanların evdə qalmasına çağırılaraq, koronavirusun yayılmasının qarşısının alınması üçün 15 günlük planın təqdim edilməsinə kömək edib. Kampaniyanın martın 31-də sona çatdırılması planlaşdırılsa da, çoxları onun müddətinin uzadılacağını düşünür.

Şərhlərə bax

XS
SM
MD
LG