Accessibility links

Tramp Avropada populist sağçılara əngəl törədir [Video]


Donald Trampın Birləşmiş Ştatlra prezident seçkisində qalib gəlməsindən sonra, ehtimal olunurdu ki, 2017-ci ildə Avropada hakimiyyəti sağçı populistlər ələ keçirəcək. Amma seçkilər gözlənildiyi kimi nəticələnmədi. Fransada mərkəzçi Emmanuel Makron böyük qələbə əldə etdi. Britaniyada hakim Mühafizəkarlar partiyası parlametdəki üstünlüyünü, ultra-sağçı Birləşmiş Krallığın Müstəqillik Partiyası isə demək olar bütün yerlərini itridi.

Britaniya baş naziri Teresa Mey yanvar ayında ABŞ prezidenti Donald Trampı Ağ Evdə ziyarət edən ilk xarici lider idi. Amma bu, bəlkə də, onun seçkilərdəki məğlubiyyətinə səbəb oldu.

Düşünürəm ki, bir çox seçici artıq hər şeyi anlayır və onlar düşünür ki, görəsən, Avropada anti-isteblişment sağçı namizədlərə səs vermənin onlara nə faydası olacaq? Mən bunun sağçı populizmin sonu olduğunu və ya onların anti-isteblişment mühitinin yaranmasına səbəb olduğunu düşünmürəm. Onlar sadəcə özlərini rəqabətdə hiss edirlər.
Katerin De Vires

Britaniyada keçirilən ən son seçkidən öncə orada bir neçə terror hücumu baş verib. İlk öncə Donald Tramp Britaniyaya Birləşmiş Ştatların dəstəyini təklif etsə də, daha sonra Tvitter hesabında Londonun merini tənqid edib. Bu isə bir çox seçicinin Britaniyanın Trampla yaxın münabitlərini sual etməsinə gətirib çıxarıb.

“Konkret bir şey olmasa da, ölkədə Amerikaya qarşı ehtiyyat hiss olunur”, deyə siyasi təhlilçi İan Dant bildirir.

Aprel ayında Parisdə terrorçu polis zabitini güllələyəndən sonra prezident Tramp ultra-sağçı namizəd Marin Le Penə dəstəyini açıqladı. Amma Le Pen seçkilərdə rəqibi Emmanuel Makrona məğlub oldu.

“Bunun təsiri oldu. Belə ki, bununla Le Penin şansı azaldı. Buna səbəb Donald Trampın Birləşmiş Ştatlarda etdikləri idi. Bunlar isə Avropada müsbət qəbul edilmirdi”, Essex Universistetindən Katerin De Vires deyir.

Trampın Paris iqlim sazişindən çıxmaq qərarı Avropanı narahat etdi.

Katerin De Vires: “Düşünürəm ki, bir çox seçici artıq hər şeyi anlayır və onlar düşünür ki, görəsən, Avropada anti-isteblişment sağçı namizədlərə səs vermənin onlara nə faydası olacaq? Mən bunun sağçı populizmin sonu olduğunu və ya onların anti-isteblişment mühitinin yaranmasına səbəb olduğunu düşünmürəm. Onlar sadəcə özlərini rəqabətdə hiss edirlər.”

Prezident Donald Tramp və Emmanuel Makron
Prezident Donald Tramp və Emmanuel Makron

Bu rəqabət yeni siyasi nəsillə aparılır: populist amma mərkəzçi olan yeni nəsil. Lakin bu hal bütün Avropaya aid deyil.

Tramp Polşa kimi Avropanın şərqində yerləşən ölkələrdə populyar olaraq qalır. Gələn ay prezident Varşava səfər edəcək. Paris və ya Berlinlə bağlı bir plan yoxdur, Londona planlaşdırılan rəsmi səfər isə hələ ki, təxirə salınıb.

Təhlilçilər deyir ki, bu, Vaşinqtonla Qərbi Avropa arasında artan bölgünün göstəricisidir.

XS
SM
MD
LG