Accessibility links

Tramp icraçı direktorların istefasından sonra biznes məsləhət şuralarını buraxıb


ABŞ prezidenti Donald Trampın Virciniya ştatının Şarlotsvil şəhərində keçən həftə insan ölümülə nəticələnmiş zorakılıqlara görə həm ağ suprimasistlər, həm də əks-nümayiş keçirilənləri günahlandırması ilə əlaqədar tənqidlər davam edir.

Tramp çərşənbə günü Amerikanın aparıcı şirkətlərinin icraçı direktorlarından ibarət iki biznes məsləhət şurasını buraxdığını elan edib. Bu, prezidentin açıqlamalarına görə icraçı direktorlardan azı yeddisinin şuralardan istefa verdiklərini bildirməsindən sonra baş verib.

Trampın istehsal sahəsində iş təşəbbüsü qrupundan istefa verdiyini bildirən Campbell’s Soup şirkətinin icraçı direktoru Denis Morrison bildirib ki, “irqçilik və qətl qətiyyətlə qınanmalıdır və Şarlotsvildə baş verən heç bir şeyə mənəvi ekvivalent yoxdur. Mən inanıram ki, prezident bu məsələdə birmənalı mövqe tutmalıdır.”

ABŞ-ın iki keçmiş prezidenti Corc Buş ata və onun oğlu Corc Buş birgə bəyanatla çıxış ediblər. Buşlar Ağ Evdə hakimiyyətdə olan son iki respublikaçı prezidentdir. “Amerika hər zaman irqi fanatizmi, anti-semitizmi və nifrətin bütün formalarını rədd etməlidir”, onların bəyanatında deyilir.

Prezident Trampın açıqlamları ABŞ-ın nüfuzlu siyasətçiləri, o cümlədən Respublikaçılar partiyasının yüksək səviyyəli rəsmiləri, Birləşmiş Ştatların hərbi komandirləri və biznes şirkətlərinin rəhbərləri tərəfindən geniş tənqidlərlə qarşılanıb.

Keçən həftənin şənbə günü zorakılıqların baş verdiyi zaman Tramp əvvəlcə “bir neçə tərəfi” günahlandırıb. Bazar ertəsi günü o, zorakıqlarlarda rollarına görə neo-nasistləri, ağdərili supremasistləri və irqçi Ku Kluks Klanın üzvlərini qınayıb.

Lakin çərşənbə axşamı günü Nyu Yorkda Tramp qülləsində keçirilən mətbuat konfransı zamanı Tramp bir nəfərin ölümü və 19 nəfərin yaralanması ilə nəticələnmiş zorakılıqlarla bağlı əvvəlki bəyanatından geri çəkilib.

“Fikrimcə, hər iki tərəf günahlandırılmalıdır. Siz hər iki tərəfə baxın. Mən fikirləşirəm ki, hər iki tərəfdə günah var. Mən buna şübhə etmirəm”, Tramp bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG