Accessibility links

Trampın böyük oğlu Senatın Kəşfiyyat komitəsi qarşısında ifadə verib


In this July 11, 2017, photo, Donald Trump Jr. is interviewed by host Sean Hannity on the Fox News Channel television program.

ABŞ prezidenti Donald Trampın böyük oğlu Rusiyanın 2016-cı il Birləşmiş Ştatlarda prezident seçkilərinə müdaxilə və Trampın kampaniya rəsmiləri ilə Moskva arasında mümkün əlaqələrə dair təhqiqatla bağlı Senatın Kəşfiyyat komitəsi qarşısında ifadə verib.

Donald Tramp oğul səhər saat 10-dan bir qədər sonra Senata gəlib. Kapitoli binası ətrafında polis jurnalistlərin onu görməsinə mane olmağa çalışıb, lakin müxbirlər onu komitənin qapalı brifinqlər üçün istifadə etdiyi otağa daxil olan zaman görə bilib.

ABŞ-ın kəşfiyyat agentlikləri Trampın 2016-cı ildə prezident seçkilərində qələbə çalmasından sonra Rusiyanın Trampın onun rəqibi olan keçmiş dövlət katibi Hillari Klinton üzərində qələbə şanslarını artırmaq üçün kampaniyaya təsir göstərməyə çalışdığı haqda nəticə çıxardığını bildirib.

Moskva bu kimi fəaliyyətlər göstərdiyini inkar edib. Tramp isə Rusiya ilə mümkün əlaqələrə dair iddiaları onun qələbəsinə kölgə salmaq məqsədilə demokratlar tərəfindən başladılan “ifritə ovu” adlandırıb.

Senatın Kəşfiyyat komitəsi ABŞ Konresində açılan əsas təhqiqatı aparır. Komitənin sədri Riçard Burr müxbirlərə deyib ki, təhqiqat 2018-ci ildə də davam edəcək, lakin çox uzun sürməyəcək.

ABŞ Ədliyyə nazirliyinin xüsusi prokuroru Robert Müller tərəfindən də təhqiqat aparılır.

Donald Tramp oğul keçən həftə Konqresin Kəşfiyyat komitəsində ifadə verib.

Qanunvericilər onun 2016-cı ilin iyun ayında Nyu Yorkda rus vəkillə görüşü ilə maraqlanır. Tramp oğul görüş zamanı Klinton haqda onu nüfuzdan sala biləcək informasiya alacağına ümid etdiyini deyib.

XS
SM
MD
LG