Accessibility links

Tramp Çinə qarşı sanksiyalar tətbiq etdi


ABŞ prezidenti Çinə ciddi sanksiyalar tətbiq edərək, Çindən idxal edilən mallara 60 milyard dollar tarif müəyyən edib.

Bunun Pekinlə ticarət müharibəsinə yol açağı ehtimal edilir.

Biz külli miqdarda intellektual mülkiyyətimizi itiririk

ABŞ dövlət başçısı Çini Amerikanın intellektual mülkiyyətini oğurlamaqda ittiham edir.

Donald Trampın Çinə qarşı yeni investisiya məhdudiyyətlərinin Çinin Amerika şirkətlərinə tətbiq etdiyi qaydalara bərabər olduğunu deyib.

"Biz külli miqdarda intellektual mülkiyyətimizi itiririk", Tramp bildirib.

O deyib ki, Amerika Çin və digər ölkələrlə qarşılıqlı ticarət və tariflərə malik olmaq istəyir.

Çinin dövlət başçısımı tez-tez alqışlayan Tramp onunıa yaxşı əlaqələrə malik olduğunu bildirib.

Lakin prezidenti Çinlə illik 375 milyard ticarət defisitindən narahatlığını da dilə gətirib. O, yeni qaydaların tətbiqinin buna kifayət etdiyini deyib.

Tramp ümid etdiyini bildirib ki, artırılan tariflər Çinlə defisiti ildə 100 milyard dollara qədər azaldacaq.

Tramp bu tarif planını imzalamadan öncə Çin ABŞ prezidenti ticarət müharibəsinə başlasa ona cavab verməyə hazır olduğunu bildirib.

“Xüsusilə də qloballaşmaqda olan bir dünyada ticarət müharibəsi heç vaxt düzgün qərar olmayıb. Ticarət müharibəsini seçmək, əlbəttə ki, səhv qərarla başa çatdıqda, nəticədə yalnız başqalarına və özünüzə zərər verəcək. Çin isə buna mütləq müvafiq və lazımi cavab verəcək” deyə, Çinin xarici işlər naziri Vang Yi bildirib.

XS
SM
MD
LG